Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Seçmə mərhələni başa vurduq
Seçmə mərhələni başa vurduq
10 oyundan cəmi 5 xal...
Şənbə, 17.10.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Ötən həftə 2010-cu il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vuruldu. Gələn ilin yayında Cənubi Afrika Respublikasında (CAR) dünya çempionatına qatılacaq komandalardan 23-ü məlum oldu. Gələn ay keçiriləcək pley-off matçları və Afrika zonasının son seçmə oyunlarından sonra daha 9 vəsiqənin sahibi bəlli olacaq. 9 vəsiqənin 4-ü Avropa komandalarının payına düşəcək. Xoşbəxt vəsiqənin sahibləri - Rusiya, Fransa, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Ukrayna, İrlandiya və Sloveniyanın çıxış edəcəyi pley-off matçlarından sonra bilinəcək.

Hələliksə, 2010-cu il mundialında Avropa qitəsini təmsil edəcək 9 komanda bunlardır - Danimarka, İsveçrə, Slovakiya, Almaniya, İspaniya, İngiltərə, Serbiya, İtaliya və Hollandiya. Dünya çempionatında Cənubi Amerikadan Braziliya, Çili, Paraqvay, Argentina, Şimali və Mərkəzi Amerikadan ABŞ, Meksika, Honduras, Asiyadan - Avstraliya, Yaponiya, Şimali Koreya, Cənubi Koreya və nəhayət, Afrikadan - Qana, Kot-d`İvuar iştirak edəcəklər.

Amerika zonası üzrə Kosta-Rika - Uruqvay matçının, Asiya/Okeaniya zonası üzrə isə Bəhreyn - Yeni Zelandiya oyununun qalibi mundiala vəsiqə əldə edəcək. Afrika zonasından isə 3 qrupun qalibi dünya çempionatının finalçıları sırasına qoşulacaq. Həmin qruplarda Kamerun, Əlcəzair və Tunis yığmaları liderdir.

Dünya çempionatı seçmə mərhələsinin UEFA zonası üzrə oyunları başa çatdığından iştirakçıların yekun nəticələri də müəyyənləşib. Azərbaycan yığması Avropanın 44-cü komandası olub. Qitənin 53 yığmasının çıxış etdiyi yarışda iki komanda - İspaniya və Hollandiya 100 %-lik nəticə göstərib. Bu komandalar seçmə mərhələnin bütün oyunlarında qalib gəliblər.

Azərbaycan yığması 17 illik tarixində 8-ci dəfə seçmə mərhələdə mübarizə apardı. Həm Avropa, həm də dünya çempionatlarında bərabər sayda (dörd dəfə) iştirak edən millimiz rekorda yaxın olsa da, buna nail ola bilmədi. Mübarizə apardığı qrupda beşinci yeri tutan Azərbaycan millisi 10 matçda cəmi 5 xal toplaya bildi. Maraqlıdır, milli komandamız 4 xalı son iki görüşdə - Lixtenşteynə qarşı səfər matçında və Rusiya millisi ilə Bakıda keçirdiyi oyunlarda qazandı. Yeri gəlmişkən, beşinci yerin sahiblərindən Rumıniya 12, Polşa 11, Çernoqoriya 9, Estoniya 8, Albaniya 7, Qazaxıstan 6 xal yığmaqla Azərbaycanla müqayisədə daha yaxşı nəticə əldə edib.

Əvvəlki seçmə mərhələlərdə daha aşağılarda olan millimiz keçmiş SSRİ respublikaları arasında da irəliləyib. Belə ki, Avropa zonasında çıxış edən 11 postsovet məkanı təmsilçisi arasında 8-ci yeri tuturuq. Özü də komandamız Qafqazdakı qonşuların ikisini də geridə qoyub. 2010-cu il dünya çempionatının seçmə mərhələsində son iki oyunumuz daha yaddaqalan oldu. Lixtenşteynlə görüşdə yığmamız seçmə mərhələdə ilk qələbəsini qazandı. Bu, həm də Berti Foqtsun Azərbaycan millisinə rəhbərliyi dövründə ilk rəsmi qələbəsidir. Bu qələbə ilə millimiz 8 illik həsrətə son qoydu. Belə ki, yığmamız dünya çempionatının seçmə mərhələsində sonuncu 3 xalını 2001-ci il iyunun 6-da qazanmışdı. Həmin vaxt yığmamız Bakıda Slovakiya millisini məğlub etmişdi. Ümumilikdə, bu, milli komandamızın 17 illik tarixində 26-cı qələbəsi oldu ki, bunların da cəmi 6-sı rəsmi görüşlərdə əldə edilib. Yığmamızın Lixtenşteyn üzərində qələbəsi 15 ildir seçmə mərhələ oyunlarında iştirak edən komandamızın səfərdə qazandığı ilk qələbə kimi tarixə düşdü.

Yığmamız bundan sonra 2012-ci il Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Həmin seçmə mərhələnin püşkatması gələn ilin fevral ayında Varşavada keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan - Almaniya matçı canlı yayımda

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bölmənin digər xəbərləri
 
Çempionatda 3 həftəlik fasilə başa çatdı
Bülent Korkmaz və Vaqif Sadıqovun siftəsi alınacaqmı?

Hələ ki 1 medalımız var
Taekvondo üzrə dünya çempionatı davam edir

"Brilyant top"un sahibi Bakıya gəlir
Futbol üzrə qadınlar arasında dünya çempionatının seçmə mərhələsində debüt edəcək Azərbaycan milli komandasının ilk rəqibinin heyəti açıqlanıb.

Dünya Kubokunda birinci olduq
Ötən həftə Bakı İdman Sarayında kişi cüdoçular arasında Dünya Kuboku yarışları keçirilib.

Elit raundda rəqibimiz bəlli oldu
Futzal üzrə UEFA kubokunun elit raundunun püşkü atılıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər