![]() |
çap et |
|
|||
İranın "farsdilli bölgələr" kimi qələmə verilən şəhərlərində idman yarışlarında son illər türklərə qarşı şovinistlərin dəstəkçiləri təhqiramiz şüarlar səsləndirirlər.
Bu günlərdə isə belə bir hal "Traktorqayırma" ilə İsfahanın "Sepahan" futbol klubları arasında yarışda olub. İsfahanda keçirilən bu oyunda Azərbaycan türklərinə qarşı yerli fanatlar öz tərbiyələrindən doğan şüarlar səsləndiriblər. "GünAzTV"nin yerli qaynaqlara istinadən yaydığı xəbərə görə, farslar özlərinə layiq ənənəvi şovinist şüarlar veriblər. İsfahanlı azarkeşlərin bu sayaq "qonaqsevərliyinə" polislər seyrçi qalmışlar. Bu irqçi şüarlar səslənəndə hakimlər kollegiyası, bir qayda olaraq, futbol fanatlarının cəzalandırılması ilə bağlı qərar çıxarır. Nə bu oyunu izləyən rəsmilər, nə də yarışmadan sonra İran Futbol Federasiyasının hakimlər kollegiyası isfahanlı fanatlarla bağlı müvafiq qərar çıxarmayıb. Əvvəllər Tehranın uyğun qurumları əhəmiyyətsiz məsələlərə görə "Traktorqayırma"nı və onun tərəfdarlarını cərimə etmişdi. Fars şovinistlərinin bu hərəkətlərinə baxmayaraq, türk, o cümlədən yarışmanı izləməyə gəlmiş Qaşqay türkləri "Yaşa, yaşa, Azərbaycan!" şüarını söyləməklə sevimli komandanı ruhlandırmışlar. ![]() Yarışı izləyən azərbaycanlı seyrçilər qırmızı bayraqlar çıxarmış, bu rəngdə köynəklər geyinmişlər. "Ayna"nın ötən saylarından birində Təbrizdə "Traktorqayırma" (farsca adı: "Traktorsazi") ilə Tehranın "İstiqlal" klubları arasında gedən yarışdan yazmışdıq. Həmin oyunda Azərbaycan türkləri kimsəni aşağılamadan yalnız öz milli varlıqlarını, mövcudluqlarını çeşidli şüarlarla dilə gətirmişdilər. Tərbiyə planında onlardan bizim fərqimiz bu. İranda son prezident seçkisində Mirhüseyn Musəvi tərəfdarlarının simvolu isə yaşıl bayraq idi. Nəticə açıqlandıqdan sonra onlar bu bayraq altında etiraz aksiyası keçirməyə başladı. Hətta ötən ay dünyanın 100-dən artıq şəhərində yaşıl parça üzərinə atılmış imzalarla prezident seçkisinin nəticəsinə etiraz bildirilmişdi. Adıçəkilən siyasi kampaniyaya Azərbaycan Milli Hərəkatı qatılmamaqla bildirdi ki, bu etiraz aksiyaları milli məsələni həll etməyə qadir deyil. Mühacir hüquqçu, əslən güney azərbaycanlı Babək Azərinin "Farsların irqçi yaşıl hərəkatına qarşı Güney Azərbaycanda qırmızı hərəkat formalaşır?" başlıqlı yazı da toxunduğumuz məsələdən danışır. Yazıdan bəzi məqamları diqqətinizə çatdırırıq: "Qanun baxımından İranda dinc etiraz aksiyası keçirməyə icazə verilir. Ancaq gerçəkdə hakimiyyət orqanları bunun tam əksini edir. İrandakı millətlər, o cümlədən Azərbaycan türkləri toy, yas mərasimlərində, Babəkin ad günündə, idman yarışlarında, hətta futbol oyununda etiraz aksiyası keçirib, istəklərini bəyan edir. ![]() İranda son seçkidən sonra yaşıl boyalı bir etiraz formalaşdı. Ona dəstək verən bəzi "tanınmışların" antitürk və panfarsçı düşüncələri vardı. Bəzilərinin irqçi düşüncələri açıq-aşkar göz çıxarır. Məsələn, İranın tanınmışlarından biri, Sadiq Zibakəlam yazılarında İranın tərəqqi və inkişafdan geri qalmasının səbəbini "türklərin hakimiyyətdə olması" ilə bağlayır. Yaxud İranın keçmiş prezidenti, yaşılçıların başçılarından sayılan Məhəmməd Xatəmi fars dili və kültürünü İranın milli birliyinin əsas amili sayır, türkləri lağa qoyan lətifə söyləyir. Yaşılçılar hərəkatının başqa bir lideri Mirhüseyn Musəvi seçkidən öncə Təbrizin Bağşimal məhəlləsindəki çıxışı zamanı bildirmişdi ki, hakimiyyətə gələcəyi halda milli haqları tələb edənləri "məhv edəcək"... Farslara aid qurumlar, eləcə də şahçılar çalışır ki, yaşıl rəngə fars irqçiliyi hakim olsun. Onların ingiliscə yazılmış şüarlarında İranın farslara məxsusluğu bildirilir. Baş şüarları isə budur: "Bizim soy ariya irqidir". "Ari" irq kəlməsi indi yaşıl hərəkata hakim kəsilmək iddiasındadır. Yaşıl və qırmızı. Bunlar qarışıq gələcəyin xəbərçilərimi? Hər halda, Güney Azərbaycanda, ölkənin türk əhalisi arasında yaşıla alternativ olaraq, qırmızı boya daha hörmətlidir. "Traktor" futbol komandasının tərəfdarları da qırmızı köynək geyərək, qırmızı bayraq qaldırır, hətta bəziləri üzlərini qırmızı boyayır. Şüarlarını da qırmızı rəngdə yazırlar... |