Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Öz yuvasına hürən tülkünü bit basar"
"Öz yuvasına hürən tülkünü bit basar"
"Səhər"in təbliğatına alət olanlara güneyli ziyalıdan xəbərdarlıq
Şənbə, 17.10.2009

S.Sədrəddin mətn ölçüsü  

Ötən həftə İranın rəsmi informasiya vasitəsi ölkəmizə qarşı siyasi-ideoloji təxribatla məşğul olub.

Onların teleradio şirkəti ölkəmizin bayrağını təhrif etməklə yanaşı, bir sıra tanınmış məmurları və millət vəkillərini İsrail ilə əlaqədə ittiham edib. Bu məsələyə lazımi cavablar verilib. Rəsmi Tehranın səfiri XİN-ə çağırılaraq, İslam Respublikası teleradio şirkətinin davranışı ilə bağlı ondan izahat tələb edilib. İran rəsmisinin izahatı hələ də bizim ölkə ictimaiyyətinə məlum deyil.

Üzr istəməkdənsə, Tehranın "Səhər" televiziyasının, İranın dini-siyasi xəttini dilimizdə təbliğ edənlərin mülahizəsincə, guya burada qeyri-adi bir iş yoxdur, məsələ "sionistlərə bağlı KİV-in şişirtməsi"dir.

Səfirliyin mətbuat xidmətinin başçısı Abbas İsgəndəri "Səhər" TV-də yayılmış bu faktı inkar etməsə də, "Mediaforum"a açıqlamasında "orada hər hansı şəkli" görmədiyini bildirir.

İranın rəsmi teleradio kanalının saytı Tehran səfiri Məhəmmədbağır Bəhraminin Xarici İşlər Nazirliyinə çağırılması haqda xəbər yayıb. Bunu olduğu kimi diqqətinizə çatdırırıq: "Sionist İsrail rejiminin Azərbaycan Respublikasının rəsmi dairələrində xərçəngvarı nüfuzunu ört-basdır etmək məqsədi ilə İran İslam Respublikasının Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Sionist rejimin Azərbaycan Respublikasında icra etdiyi MAŞAV layihəsinin fəsadlarına dair məlumatı kölgələmək üçün şiddətli qalmaqal yaradan Bakı mediası İran İslam Respublikasının səfiri Məhəmmədbağır Bəhraminin Azərbaycan Respublikası XİN-ə çağırılması xəbərini geniş formada əks etdirib.

Səfirin çağırılması belə halda baş verib ki, Bakı mətbuatı özləri guya ki təhqiramiz saydıqları bayraq şəklini öz səhifələrində geniş surətdə nəşr ediblər.

Bakı mediaları açıqlama vermir ki, əgər sionistlərin altıguşəli ulduzu üzərində olan bayraq şəklini təhqiramiz sayırlarsa, nəyə görə məhz onu çox geniş nəşr edirlər?" (?!)

Bu barədə beynəlxalq "Səhər" kanalının "Kompas" verilişinə müsahibə verən politoloq Əsğər Fərdi deyib: "O bayraq şəkli Azərbaycan Respublikası xalqına bir xəbərdarlıqdır, nəinki təhqir. Belə ki, sionist rejimin xərçəngvarı nüfuzu qarşısında ayıq olsunlar. Əlbəttə, yaxşı olardı ki, qardaşcasına olan bu xəbərdarlıq başqa formada bəyan edilmiş olaydı. Vaxtı ilə "Molla Nəsrəddin" jurnalında mərhum Cəlil Məmmədquluzadə İran dövlətinin zəiflədiyi barədə xalqımızı xəbərdar etmək üçün o zamankı bayrağımızın üzərində olan şir, yaxud aslan şəklinin yerinə pişik şəkli çəkmişdi. Bu xəbərdarlıq acı olsa da, xeyli vacib idi. İndi Azərbaycan Respublikası barəsində belə acı, lakin vacib xəbərdarlıq olunub". (?!)

"Səhər" televiziyası tərbiyəli davranıb yaydığı şəklə görə üzr istəməkdənsə, öz hərəkətlərinə bəraət qazandırmağa çalışır. Məsələn, "Bakı mətbuatı" və s. kimi istilahları işlətməklə, əslində Azərbaycan Respublikasının mövcudluğunu şübhəyə alan fars şovinizminə qulluq etdiyini bir daha təsdiqləyir.

İsrail dövləti ilə Azərbaycan Respublikasının əlaqələri gizli deyil. Ölkəmizin rəsmiləri və cavabdeh qurumları bu dövlətlə xoşməramlı əməkdaşlığı gizlətmir.

REKLAM

Ölkəmiz Orta Şərqin bütün dövlətlərlə hərtərəfli münasibət saxladığını və ya buna çalışdığını bildirir. Bu xətt isə İran rəsmilərinin saxta müsəlman təəssübkeşliyindən daha doğru mövqedir. Tehran 30 ilə yaxındır Fələstin ərəblərindən öz məqsədi üçün yararlanır. Yeri gəlmişkən, bir vaxt Xomeyni bəyan etmişdi ki, Kərbəlanı azad etdikdən sonra Məkkəni və Qüdsü də azad edəcəklər. Bu, İranın bölgədə təcavüzkar bir rejim olduğunu sübuta yetirir.

Əslində diplomatik qaydalara uyğun olaraq, gərək Azərbaycandakı televiziyalardan biri və ya bir neçəsi İranın bayrağını ona "dost və qardaş" olan Ermənistanın bayrağının fonunda verəydi, cavabında isə deyiləydi ki, "xain ermənilərdən uzaq durmağınız üçün qardaşcasına xəbərdarlıq edirik".

Əsğər Fərdi kimi diktorlara gəldikdə, indiki hakimiyyətə saxta qulluqda duranlardan biri olduğunu hiss etdirir. Belə baxanda bu "Kompas"çı özünü çevik və hazırcavab göstərməklə uzun illərdir çörəyini Azərbaycana dini-siyasi hava üfürməkdən çıxarır. Onun müqayisəsi nə qədər gülüncdür. Amma Əsğər Fərdi özünü türk saydığından ona bir xatırlatma etmək istərdik. Ulu atamız Mahmud Kaşqari qədim bir türk ata sözünü yazıya alıb: "Öz yuvasına hürən tülkünü bit basar".

Özlərini İranın ölkəmizdəki "səfiri" kimi aparanlar bu məsələdə susdular. Nə "İslam Partiyası", nə "Ziyalılar Birliyi", nə də "Yaşıllar Partiyası" kimi İranın burada təşkil etdiyi növbənöv məclislərin başında oturanlar "Səhər" TV-nin xəbərinə və davranışına qarşı çıxdı.

Onların bu halı istər-istəməz Güney Azərbaycandan olan bir ziyalının belələrinə müraciətini xatırlatdı. O kişi deyirdi: "Şimali Azərbaycan müstəqil olan gündən İranın irqçi fars rejimi Azərbaycanın istiqlalını məhv etmək üçün əlindən gələni edib. Məsələn, Azərbaycanı hərbi güclə hədələyib, Ermənistanın ən yaxın şəriki kimi onlara hədsiz maddi yardımlar göstərib, erməniləri Azərbaycana qarşı silahlandırıb...

Bir müddət əvvəl İranın Şimali Azərbaycanda yaratdığı terrorçu qrup ifşa olundu, üzvləri tutuldu. Bu qrup özünü "Şimalın Mehdi Ordusu" adlandırırdı. Diqqət etsəniz, burada "Azərbaycan" kəlməsi işlənmir. Çünki bu terror qrupunu ETTELAAT yaradıb və onlar Şimali Azərbaycanı "Şimali İran" adlandırır. Elə buna görə də ETTELAATın yaratdığı terror qrupu "Şimalın Mehdi ordusu" adlanır və onun əsas məqsədi binaları partladıb, oğurluq, qarət və başqa pozuculuq işləri ilə məşğul olmaq, ən nəhayət Azərbaycanın istiqlalını məhv etməkdir".

Yazı müəllifi Nardaran kəndində sadə insanların İran rejiminin əlində "oyuncağa çevrilməsinə" təəssüf etdiyini bildirərək, "Səhər" TV-nin təbliğatına uymamağa çağırır.

... Bu TV-yə ölkəmizdən bəziləri zəng edərək, hətta İranın ali rəhbəri ayətulla Xamneyiyə "əmrinə müntəzirik" deməkdən çəkinmirlər. Əlbəttə, bu oyunların altında daha dəhşətli ssenarilər gözləmək olar. Bu yurddaşlarımızın İran rejimi ilə həmrəy olmaqda, görəsən, məqsədləri nədir? Bəlkə bu həmrəylik onların dini inancları ilə bağlıdır? Təbii ki, yox. Sadəcə, xainlərdir. Onlar üçün Azərbaycanın istiqlalı, milli təhlükəsizliyi, milli namus önəmli deyil. Belələrinin işi yalnız İran ETTELAAT-ından müəyyən məbləğ pul alıb, onların göstərişlərini yerinə yetirməkdir.

İran hakimiyyətinin "dəyirmanına" buralardan "su tökənlər"ə xəbərdarlıq edən yurddaşımız Azərbaycanın istiqlalına qarşı çıxanlara, Tehranın siyasətinə aldanmış soydaşlarımıza üz tutaraq deyir: "Vicdanınız qarşısında başınızın aşağı olmaması üçün yüz ölçüb, bir biçin".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azəri qızı Günel teleaparıcı oldu

Serial təkcə Bakı teleməkanında çəkilmir

"Bayraq qalmaqalı" əndazədən çıxır

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı

Bölmənin digər xəbərləri
 
İsfahanlı fanatların irqçiliyi
və yaşıla qarşı qırmızı boya



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər