Pop-kral Maykl Ceksonun namizədliyi ölümündən sonra "American Music Awards"ın 5 mükafatına irəli sürülüb. "Reuters" agentliyinin məlumatına görə, ifaçı "İlin artisti", "Ən yaxşı albom" və "Yaxşı ifaçı" nominasiyalarında, eləcə də "pop/rok" və "soul/ R&B" kateqoriyalarında təqdim edilib. Namizədlər disk satışına və radioda tez-tez səsləndirilən mahnılarına görə fərqlənir. "Nielsen SoundScan" şirkətinin məlumatına görə, ölümündən sonra Ceksonun 5,7 milyon diski satılıb. Qeyd edək ki, "İlin ifaçısı" nominasiyasında 19 yaşlı müğənni Teylor Svift, eləcə də Ledi Qaqa, Eminem və "Kings of Leon" qrupu da yarışırlar. Təqdimat 22 noyabrda Los-Ancelesdə təşkil olunacaq. Artıq Alisa Kis, Cennifer Lopez, Adam Lambert kimi məşhurlar mərasimdə iştirak edəcəklərini açıqlayıblar.
İlk milli fotoarxiv yaradıldıAzərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq.