Böyük ekrana "Gümüş" serialı ilə çıxan türkiyəli aktyor Kıvanc Tatlıtuğun şəxsi həyatında bir sıra problemlər hökm sürür. Xatırladaq ki, hazırda "Aşkı-memnu" serialında baş rollardan birini paylaşan aktyor ətrafına yüz minlərcə tamaşaçı ordusu toplayıb. Türkiyə və onun sərhədlərindən kanarda böyük maraqla izlənən bu serialın qəhrəmanlarının şəxsi həyatı diqqət mərkəzindədir. Son günlər türk mətbuatı sözügedən aktyor barədə maraq doğuran xəbərlər yaymaqda davam edir.
"Habertürk"ün məlumatına görə, aktyorun uzun zamandır birlikdə olduğu həmkarı Meltem Cumbulla münasibətləri gərginləşib. Müəyyən zamanlarda xırda mübahisələr yaşayan cütlük bu dəfə ayrılmağa qərar verib. Evi tərk edən isə Kıvanc olub. Buna səbəb isə Meltemin həddən artıq qısqanc olduğu göstərilib. Onun bitib-tükənməyən sorğuları özündən bir neçə yaş kiçik olan sevgilisini hövsələdən çıxarıb.
Xatırladaq ki, ötən ay ayrılmağa qərar verən cütlüyün münasibətini müğənni Sezen Aksu düzəldib. Amma bu çox çəkməyib.
Bir neçə gün əvvəl Kıvancın mobil telefonundakı mesajları və nömrələri gizlində oxuyan Meltem sevgilisini yaxalamış olub. Bundan öncə də Facebook və MSN yazışmalarının Meltem tərəfindən oxunduğundan şübhələnən Kıvanc bunu aşkarda görəndən sonra onunla münasibətini pozmağa qərar verib. Lakin evi tərk edəndən sonra Meltem sevgilisinə telefon açaraq üzr istəyib. Mətbuatın yazdığına görə, Kıvanc ona bu dəfə də şans verməyi düşünür.
İlk milli fotoarxiv yaradıldıAzərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq.