![]() |
çap et |
|
|||
Yaradıcılığında uzun fasilə yaradan reper Elşad Xose yeni layihəsi ilə yaddaşları təzələdi. Yeni yaradıcılıq işini ötən gün keçirdiyi mətbuat konfransında sərgiləyən reper tərəf-müqabilinin Günay adlı xanım olduğunu bildirdi.
Uzun müddət rep və estrada mahnısından ibarət duet üzərində çalışdıqlarını bildirən Elşad Xose bunun sənət dünyasına bir töhfələri olacağını qeyd etdi. Reper əminliklə bildirdi ki, yeni duet rep və mahnı sevərlərin qəlbinə rahat yol tapa biləcək. Qeyd edək ki, cütlüyün ifa etdiyi mahnı "Yadıma sal" adlanır. Söz və musiqisi İsmayıl Əsədova məxsus olan kiçik musiqi əsəri artıq ekranlaşdırılıb. İlk dəfə mətbuat önündə nümayiş etdirilən mahnıya rejissor Samir Fərzəlibəyov ekran həyatı verib. Layihənin təşkilatçısı və prodüseri Təranə Səmədovadır. |