Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Tək məzar...
Tək məzar...
Şənbə, 17.10.2009


Yasif Nəsirli, yazıçı, Əməkdar İncəsənət xadimi
mətn ölçüsü  

Bakı kəndlərinin birində qədim bir qəbristanlıqda ziyalılarımız tərəfindən unudulmuş bir məzar var. Bu tək məzarda əbədi yuxuya gedən gözəl ziyalı, şair, tərcüməçi, həyatdan vaxtsız getmiş Vilayət Rüstəmzadə yatır. Ətrafını ot basmış, çoxdan gəlib-gedənlərin seyrəldiyini bildirən bu məzara baxanda Vilayətin öz dilindən tez-tez eşitdiyim, böyük şairimiz Səməd Vurğunun "Tək məzar" şeiri yadıma düşür.

Vilayət, əzizim, sən yaşadığın dövran, inandığın hər şey indi dəyişmişdir. İnsanlar başqalaşmışdır. Bəzən adama elə gəlir ki, Müqəddəs Allahımız da varlılarla oturub-durur. İndi Sabirin bir əsr bundan əvvəl yazdığı kimi, "İnsan olanın dövləti, varı gərək olsun".

Heç kəs heç kəsin ərizəsini oxumur. Keçmişdə ata-babalarımız məktubu mollaya oxutmaq üçün üstünə pul qoyardılar. İndi isə forma bir qədər dəyişib. Yenə keçmişimizə qayıtmışıq. Gərək ərizənin içinə pul qoyasan, yoxsa heç kim baxmaz, oxumaz... İstəyirsən şair ol, istəyirsən alim ol, dəxli yoxdur. Vəzifən, sayılanın yoxsa, ölsən də üstünə gəlməzlər. Bəli, indi biz azadıq... Dünya belə dünyadır.

* * *

Özüm haqqında kitab buraxmaqdan, kimdənsə xahiş edib məqalə yazdırmaqdan çox-çox uzaq adamam. Məni yaxından tanıyanlar, mənimlə oturub-duranlar bunu yaxşı bilirlər.

REKLAM

Lakin insan həyatında elə dönümlər, tarixlər var ki, nə isə eləməli olursan. İstəyirsən ki, yadda qalan bir şey olsun, xatirələşsin, unudulmasın. Elə bu niyyətlə də itib-batmaqda olan, hərəsi bir küncdə qalan "arxivimi" vərəqləməyə başladım.

Onu da deyim ki, mən təbiətən şəkil çəkdirməkdən uzaq adamam. Heç zaman bu məsələyə ciddi yanaşmamışam. Fikirləşməmişəm ki, həyat belə gedə bilər, zaman dəyişər. Bir gün oturub-durduğun insanları nə vaxtsa itirə bilərsən. Bu hissləri özümdən qovmuşam. Bəlkə də hər şeyi ölməz bilmişəm. Adda-budda, hərdənbir şəkil çəkdirmişəm.

Ona görə də vaxtı ilə yaxından oturub-durduğum, dostluq etdiyim xalq yazıçı və şairləri Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, İsmayıl Şıxlı, akademik Məmməd Arif, akademik Həmid Araslı, akademik Şəfahət Mehdiyev, beş il Azərbaycan Dövlət Universitetində müəllim, sonra namizədlik dissertasiyası müdafiə edərkən elmi rəhbərim olmuş gözəl yazıçı və görkəmli alim Mir Cəlal Paşayev, elmi opponentlərim prof. Qulu Xəlilov, prof. Məmməd Məmmədov, prof. Əziz Şərif, yazıçı Çingiz Hüseynov və bir çox başqaları ilə fotoşəkillərim də yoxdur, ya da itib-batmışdır.

İndi yubileyimlə əlaqədar olaraq onların bəzilərini bir yerə yığmaq istəyirəm, axtarıram, ələ gəlmir, tapa bilmirəm.

İnsan cavan olanda bu məsələləri bəzən fikirləşmir. Lazımınca qiymətləndirmir. Elə bilir ki, həmişə belə olacaq. Hər halda, həyat göstərir ki, mən belə olmuşam. O günlər üçün heyifsilənirəm. Təəssüflənsəm də, indi artıq hər şey gecdir. Adlarını çəkdiyim, unudulmaz insanlar haqqında məqalələr, esselər yazıram, lakin mənimlə birgə olan fotoşəkillərimizi tapa bilmirəm.

Bəlkə də bu sətirləri yazmazdım, əgər 1967-ci ildə "Ulduz" jurnalında işlərkən Vilayət Rüstəmzadə ilə çəkdirdiyim şəkil qovluqdan qabağıma çıxmasaydı. Sevindim. Sanki çoxdan itirdiyim qiymətli bir şeyi tapmışdım. Xeyli bu fotoşəklə baxdım. Qəhər məni boğdu. Ağlamağım gəldi. Vilayətlə keçirdiyim unudulmaz günlər yadıma düşdü. Elə bil üz-üzə oturmuşduq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Erməni vandalizmi - bəşər mədəniyyətinə təcavüzdür
Əbülfəs Qarayev bu sözləri 45-dən çox dövlətin təmsilçisinin diqqətinə çatdırıb

Mənim şeirlərimin ana xətti ümiddir
Nəğməkar-şair İsmayıl Dadaşov

Elnarə oğlunun ad, titul və soyadını açıqladı
Və hamını təəccübləndirdi

Muzeydə təlim seminarı
Muzey işini yaxşılaşdırmaq xətti götürülüb

Ülviyyə Könül böyük ekran əsəri çəkir
Bu film komediya janrında olacaq

Ən gözəl miss və misterlərimiz seçiləcək
Sonra qaliblər dünyanı fəth etməyə girişəcəklər

Rusiyadakı "Dərviş" Teatrı mövsümü açıb
Onlar bu ölkəni şəhərbəşəhər gəzir

Xalid Səid zamanın yaddaşından silinməyəcək
Çünki "zaman Allahındır"

Elşad Xose ekrana qayıtdı
Reper bu dəfə tək deyil

"Aşkı-memnu" qəhrəmanı sevgilisindən ayrılıb
Kıvanc Tatlıtuğu qısqanan Meltem Cumbul onun mesajlarını gizlində qarışdırıb

Pop-kral ölümündən sonra da - lider
Onun adı 5 kateqoriyada təqdim edilib

Alim Qasımov Misirə hazırlaşır
Şərq musiqiçiləri bir səhnəni bölüşəcəklər

Əlixan Səmədovun xalq mahnıları albomu
Bu onun sayca 8-ci toplusu olacaq

Almaz Ələsgərli özünə qadağa qoydu
"Artıq qızlarım haqqında bir kəlmə də olsun danışmaram"

Fidan Hacıyeva Türkiyədən gələn təklifləri dondurub
Bura üçün nəzərdə tutulan planları isə genişdir

"Lyube" qrupunun konserti - oktyabrın 31-də!
Tərəflər razılığa gəliblər

Şahin Növrəsli Avropa turnesinə çıxır
Cazmen "Buta Festival of Azerbaiyan art" festivalında çıxış edəcək

Səttar Bəhlulzadənin yaradıcılıq evi açılacaq
Rəssamın silsilə sərgiləri nəzərdə tutulur

İkiyaşlı qızına iki doğum günü
Zülfiyyə Xanbabayeva bunun birini xaricdə keçirmək istəyir

İlk milli fotoarxiv yaradıldı
Azərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq.

Bəstəkarların əsərləri İsveçrədə səsləndiriləcək
Oktyabrın 19-dan dekabrın 6-dək İsveçrədə "Azərbaycan - 2009 mövsüm festivalı" keçiriləcək.

Salman Qəmbərovun caz layihəsi
Xəbər verdiyimiz kimi, oktyabrın 21-27-də Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçiriləcək.

Naxçıvan payızı rəsmlərdə
Naxçıvanda keçirilən rəsm sərgisində payız fəslinin gözəlliklərini əks etdirən əsərlər nümayiş etdirilir.

Seyran Almaniyanın DTR telekanalında
Seyran bu telekanalın ekranına Əzizə Mustafazadədən sonra çıxır.

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb
Rəssam Səbuhi Məmmədovun Şəki Sənətkarlar Mərkəzində açılan yubiley sərgisi bu həftə sonuna kimi davam edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər