Bu yaxınlarda ikinci övladını dünyaya gətirən müğənni Elnarə ona üç adın verildiyini açıqlayıb. Bildirib ki, oğlunu əvvəlcə Hüseyn adlandırmaq istəyib. Lakin sonradan bu adı rejissor Kənan M.M-in ötən ay dünyaya gələn oğluna verdiyini, eyni zamanda yaxın günlərdə ana olacaq Röyanın əvvəlcədən oğlunu Hüseyn adlandıracağını bilib, fikrindən vaz keçib. Müğənninin ailəsi ilə gəldiyi son qənaəti isə çox maraqlıdır. Onlar uşağa Harun Fateh Cahangir adlarını veriblər: "Bu açqıqlama insanlarda təəccüb doğurub. Amma aydınlıq gətirim ki, Harun onun adı, Fateh titulu, Cahangir isə soyadıdır".
İlk milli fotoarxiv yaradıldıAzərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq.