Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Erməni vandalizmi - bəşər mədəniyyətinə təcavüzdür
Erməni vandalizmi - bəşər mədəniyyətinə təcavüzdür
Əbülfəs Qarayev bu sözləri 45-dən çox dövlətin təmsilçisinin diqqətinə çatdırıb
Şənbə, 17.10.2009

Xatun mətn ölçüsü  

Bu həftə Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin IV konfransında Azərbaycanla bağlı bir sıra qərarlar qəbul edilib. Bunlardan biri 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı elan edilməsidir.

Konfransda iştirak edən Quzey Kipr Türk Cümhuriyyəti, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən, Tatarıstan, Başqırdıstan, Tıva Respublikası, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri, Oman dövləti kral ailəsinin üzvü, mədəniyyət naziri, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstan mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra universitet və akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatın Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirlərinə işğal altında olan və erməni təcavüzünə məruz qalan tarixi abidələr, tarixi irs örnəklərinin aqibəti barədə geniş məlumat verilib.

Xatırladaq ki, konfransın işində 45-dən çox dövlətdən 25 nazir, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 200-dən çox qonaq iştirak edib. Konfransda eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının Mədəniyyət və Mədəni-İrs üzrə Direktorluğunun rəhbəri Robert Palmer, İSESKO baş direktoru Əbdüləziz Özman ibn Tüveycri və başqaları iştirak ediblər.

Konfrans ərəfəsində bir sıra çıxışlar edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mövqeyini eyni zamanda mətbuat işçiləri ilə də bölüşüb:

"İslam irsinin qorunması bizim tariximizə və bu günümüzə verdiyimiz dəyərdir. Azərbaycan dövləti öz daxili siyasətində islam mədəniyyətinə aid bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüflər olsun ki, biz bu tədbirləri ölkəmizin bütün ərazisində həyata keçirə bilmirik. Çünki Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib və orada islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Mən xüsusi ilə vurğulamaq istərdim ki, həmin mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün islam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Təklif edirəm ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməli və konfransın yekun sənədində bununla bağlı müvafiq bəndlər öz əksini tapmalıdır. Əminəm ki, islam ölkələri hər zaman olduğu kimi, bu təklifin qəbul edilməsində həmrəylik nümayiş etdirəcəklər".

Nazir daha sonra vurğulayıb ki, bu gün ölkəmiz öz inkişaf dövrünü yaşayır və bu inkişaf bütün sahələrdə özünü göstərməkdədir:

"Azərbaycan dövləti öz imkanlarından istifadə edərək mədəniyyət sahəsində islahatlar həyata keçirir. Ölkəmizin bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işləri aparılır, onlar ən müasir texnologiyalarla təchiz edilməkdədir. Bu gün biz islam mədəniyyəti tarixində və islam xalqlarının mədəni həyatında çox mühüm bir hadisəni qeyd edirik. İnanıram ki, burada müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcək".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
Mənim şeirlərimin ana xətti ümiddir
Nəğməkar-şair İsmayıl Dadaşov

Elnarə oğlunun ad, titul və soyadını açıqladı
Və hamını təəccübləndirdi

Muzeydə təlim seminarı
Muzey işini yaxşılaşdırmaq xətti götürülüb

Ülviyyə Könül böyük ekran əsəri çəkir
Bu film komediya janrında olacaq

Ən gözəl miss və misterlərimiz seçiləcək
Sonra qaliblər dünyanı fəth etməyə girişəcəklər

Rusiyadakı "Dərviş" Teatrı mövsümü açıb
Onlar bu ölkəni şəhərbəşəhər gəzir

Tək məzar...
Bakı kəndlərinin birində qədim bir qəbristanlıqda ziyalılarımız tərəfindən unudulmuş bir məzar var.

Xalid Səid zamanın yaddaşından silinməyəcək
Çünki "zaman Allahındır"

Elşad Xose ekrana qayıtdı
Reper bu dəfə tək deyil

"Aşkı-memnu" qəhrəmanı sevgilisindən ayrılıb
Kıvanc Tatlıtuğu qısqanan Meltem Cumbul onun mesajlarını gizlində qarışdırıb

Pop-kral ölümündən sonra da - lider
Onun adı 5 kateqoriyada təqdim edilib

Alim Qasımov Misirə hazırlaşır
Şərq musiqiçiləri bir səhnəni bölüşəcəklər

Əlixan Səmədovun xalq mahnıları albomu
Bu onun sayca 8-ci toplusu olacaq

Almaz Ələsgərli özünə qadağa qoydu
"Artıq qızlarım haqqında bir kəlmə də olsun danışmaram"

Fidan Hacıyeva Türkiyədən gələn təklifləri dondurub
Bura üçün nəzərdə tutulan planları isə genişdir

"Lyube" qrupunun konserti - oktyabrın 31-də!
Tərəflər razılığa gəliblər

Şahin Növrəsli Avropa turnesinə çıxır
Cazmen "Buta Festival of Azerbaiyan art" festivalında çıxış edəcək

Səttar Bəhlulzadənin yaradıcılıq evi açılacaq
Rəssamın silsilə sərgiləri nəzərdə tutulur

İkiyaşlı qızına iki doğum günü
Zülfiyyə Xanbabayeva bunun birini xaricdə keçirmək istəyir

İlk milli fotoarxiv yaradıldı
Azərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq.

Bəstəkarların əsərləri İsveçrədə səsləndiriləcək
Oktyabrın 19-dan dekabrın 6-dək İsveçrədə "Azərbaycan - 2009 mövsüm festivalı" keçiriləcək.

Salman Qəmbərovun caz layihəsi
Xəbər verdiyimiz kimi, oktyabrın 21-27-də Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçiriləcək.

Naxçıvan payızı rəsmlərdə
Naxçıvanda keçirilən rəsm sərgisində payız fəslinin gözəlliklərini əks etdirən əsərlər nümayiş etdirilir.

Seyran Almaniyanın DTR telekanalında
Seyran bu telekanalın ekranına Əzizə Mustafazadədən sonra çıxır.

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb
Rəssam Səbuhi Məmmədovun Şəki Sənətkarlar Mərkəzində açılan yubiley sərgisi bu həftə sonuna kimi davam edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər