Rəssam Səbuhi Məmmədovun Şəki Sənətkarlar Mərkəzində açılan yubiley sərgisi bu həftə sonuna kimi davam edəcək. Rəssamın dediyinə görə, tədbir onun 50 illik yubileyinə həsr olunub. Bir sıra sərgilərin və beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olan Səbuhi Məmmədov xatırlatdı ki, onun əsərləri ölkəmizlə yanaşı, Rusiya, Almaniya, Norveç, Amerika və İngiltərə kimi ölkələrin qalereyalarını bəzəyir.
Şəki şəhərinin bir sıra mədəniyyət ocaqlarının bədii tərtibatını verən fırça ustasının yaradıcılığında əsas yeri boyakarlıq janrı tutur. Milli koloriti öz dəsti-xəttində həmişə saxlayan rəssamın sərgisinin açılışında tanınmış sənət adamları və Rəssamlar İttifaqının üzvləri iştirak ediblər.
İlk milli fotoarxiv yaradıldıAzərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq.