![]() |
çap et |
|
|||
Seyran bu telekanalın ekranına Əzizə Mustafazadədən sonra çıxır. Bu həftəsonu Almaniyanın populyar DTR televiziyasının tarixində ikinci dəfə azərbaycanlı müğənni canlı konsert verəcək. Köln şəhərində yaşayan azərbaycanlı Seyran həmin tarixdə saatyarımlıq proqramla çıxış edəcək.
Müğənninin yerli mətbuata bildirdiyinə görə, Almaniyanın ən böyük teleşirkətinin canlı efirində indiyədək azərbaycanlı caz ustası Əzizə Mustafazadə çıxış edib. Həmyerlimiz onu da əlavə edib ki, hər həftə bu kanal dünya ulduzlarını öz efirinə dəvət edib, tamaşaçılara canlı proqram təqdim edirlər. Qeyd edək ki, Almaniyanın Köln şəhərində yaşayan və bu il avqustun sonunda İTV-nin "Eurovision-2010" üçün keçirdiyi milli seçimlərində iştirak etmək üçün Bakıya gələn Seyran ötən gün yaşadığı məkana qayıdıb. |