Xəbər verdiyimiz kimi, oktyabrın 21-27-də Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçiriləcək. Bakı İslam Mədəniyyətinin Paytaxtı 2009" layihəsi çərçivəsində keçiriləcək festivalın proqramına bir çox yerli və əcnəbi cazmenlərin çıxışı daxildir.
Festival ərəfəsində cazmen Salman Qəmbərovun yeni və maraqlı layihəsinin təqdimatı nəzərdə tutulur. Cazmenin bildirdiyinə görə, layihənin təqdimatı oktyabrın 26-na nəzərdə tutulur.
Salman Qəmbərovun sözlərinə görə, layihədə əcnəbi cazmenlərin çıxışı da planlaşdırılıb. Musiqiçi bunlardan hələlik Hindistanın tanınmış muğam ifaçısı Vasumati Badrinatan və ABŞ-dan olan musiqiçi Amir Elsaffarın adlarını çəkdi.
İlk milli fotoarxiv yaradıldıAzərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq.