![]() |
çap et |
|
|||
Oktyabrın 19-dan dekabrın 6-dək İsveçrədə "Azərbaycan - 2009 mövsüm festivalı" keçiriləcək. Festivalın açılış mərasimində Teymur Göyçəyevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri Azərbaycanın Üzeyir Hacıbəyov, Qara Qarayev və digər bəstəkarlarının əsərlərini səsləndirəcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq festival çərçivəsində İsveçrənin Bern, Bazel, Cenevrə, Ustere, Sürix və digər şəhərlərində Azərbaycan Mədəniyyəti günləri keçiriləcək. Proqramda kino, teatr, ədəbiyyat, caz və akademik musiqi, həmçinin ənənəvi incəsənət növləri olan - muğam, aşıq musiqisi, rəqslər, pop musiqi və xalçaçılıq təqdim ediləcək. Sərgilər, tamaşalar, konsertlər, mühazirələr və ustad dərsləri təşkil olunacaq. |