![]() |
çap et |
|
|||
Oktyabrın 16-da xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günü idi. Müğənni hər il olduğu kimi, yenə doğum gününü təmtəraqlı keçirmək niyyətində olmayıb. Ailə məclisi qurulduğunu bildirən sənətçi bunun öz seçimi olduğunu dedi.
Zülfiyyə xanım qızı Dənizin doğum gününün geniş şəkildə keçirilməsini istəyir: "Bu ayın 26-da mənim Dəniz balamın 2 yaşı tamam olur. Onun doğum günü mütləq geniş qeyd olunacaq. Amma ailə üzvlərimlə bu qənaətə gəlmişik ki, doğum günündə yalnız azyaşlı uşaqlar iştirak etsinlər. İstəyirik ki, böyüklərin müdaxiləsi olmadan balacalar özlərini sərbəst hiss edə bilsinlər. Ümid edirəm ki, bu, Dənizin də ürəyincə olacaq". Zülfiyyə xanım qızına daha bir doğum günü keçirəcəyini də bildirdi. Onun sözlərinə görə, bu ikinci doğum günü xarici ölkələrdən birində qeyd oluna bilər. Amma bu barədə qəti seçim etmədiklərini söylədi. |