Cazmen Şahin Növrəslinin 2 ildir üzərində çalışdığı "Buta rroyect" layihəsi noyabrın 12-dən başlayaraq həllini tapacaq. Növrəsli qardaşlarının mətbuat əlaqələndiricisi Zema Bağırova "Ayna"ya bildirib ki, Ş.Növrəsli bu layihədə nəinki ifa edəcək, eyni zamanda oxuyacaq. "Buta" Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək musiqili proqramın ilk təqdimatı Moskvada nəzərdə tutulub.
Öyrəndik ki, Şagin Növrəsli noyabrın 14-də Sankt-Peterburqda çıxış edəcək. Layihə çərçivəsində cazmenin növbəti çıxışı noyabrın 16-da Brüsseldə nəzərdə tutulub. Onun həmin ayın 18-də Parisdə, 21-23 tarixlərində Strasburqda, 25 və 26-da isə Londonda çıxışı var.
Cazmeni kontrabasda Neytan Pek, zərb alətlərində Aleksandr Maşin, tarda Aslan Növrəsli, kamançada isə Nurlan Növrəsli müşayiət edir. Qeyd olunur ki, Şahin Növrəslinin sonuncu çıxışı festival çərçivəsində həyata keçiriləcək. Belə ki, bu il noyabrın 25-dən gələn il martın 7-dək Londonda "Buta Festival of Azerbaiyan art" adlı festival keçiriləcək. "Buta" Mədəniyyət Mərkəzinin məlumatına görə, festivalın maraqlı və rəngarəng bir şəkildə təşkili gözlənir.
Festivalda, yəni 25 və 26 noyabr tarixlərində cazmen Şahin Növrəsli və bir neçə əcnəbi musiqiçi çıxış edəcəklər. Festivalın proqramı barədə yaxın günlərdə geniş məlumat veriləcək.
|