Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bakı qışa necə hazırlaşır?
Bakı qışa necə hazırlaşır?
Yenə də qaz və işıq kəsiləcək
Şənbə, 17.10.2009


E.Eldəniz
mətn ölçüsü  

Bu qış ötənilkindən sərt keçəcək. Bu barədə təbiət öz həyəcan təbilini çaldı. Oktyabrda bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda havaların vaxtından əvvəl soyuması və yağıntıların normadan artıq düşməsi ilə baş vermiş fəlakətlər bunu deməyə əsas verir. Ekspertlərə görə, hökumət bir sıra struktur dəyişiklikləri etməklə, ötən il qeydə alınmış qəzaların qarşısını almaq fikrindədir. Onların fikrincə, ötən qış fəslində əhalinin elektrik enerjisi və təbii qazla təminatı zamanı qeydə alınmış bir sıra səbəbsiz fasilələr insan ölümləri ilə nəticələnib. Fasilələrin səbəbini isə "qaynar xətlərdəki" operatorlar standart cümlə ilə cavablandırırdı: "Xətdə qəza baş verib, aradan qaldırılır". Onlara sanki bu şablon cavab barədə xüsusi göstəriş olmuşdu.

İstehlakçıların qaz, elektrik enerjisi və su ilə təminatı zamanı aidiyyəti qurumlar vətəndaşlarla bağlanan müqavilənin "fasiləsiz təminat" bəndini kobud surətdə pozurlar. Bu pozuntular təkcə ötən il deyil, bütün keçmiş illərdə də qeydə alınıb. Buna baxmayaraq, istehlakçılardan 1997-ci ildən bəri üst-üstə yığılmış "borclar" tələb olunur.

13 illik borc, yoxsa mənimsənilmiş pullar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu kobud qanun pozuntusu deyə qəbul edir. Onun fikrincə, həmin illərdə istehlakçıların su, enerji və təbii qaz ilə təminatında kifayət qədər problemlər mövcud olub: "Daxil olan şikayətləri araşdırarkən məlum olur ki, həmin illərdə paytaxtın bir çox yaşayış məntəqələrində su, qaz və enerji verilməsində problemlər olub. Bundan başqa, həmin illərdə sayğaclaşma yalnız elektrik enerjisi üçün nəzərdə tutulurdu. Nə su, nə də qaz sayğacla hesablanmırdı. Məsələn, Suraxanı rayonu Hövsan qəsəbəsinə əvvəllər də, indi də su iki gündən bir 1 saatlıq müddətə verilir. Amma buna baxmayaraq, orada yaşayan sakinlər üçün su pulu şəhər mərkəzində daimi suyu olan vətəndaşlarla eyni hesablanıb. Yəni həmin ərazidə yaşayan istehlakçılar istifadə etmədikləri suyun pulunu ödəməyə məcbur edilir.

REKLAM

Belə qəsəbələr çoxdur. Yaxud qaz xətti olan, amma həmin illərdə təbii qazla təmin olunmayan istehlakçılara külli miqdar göstərilmiş borc qəbzləri təqdim olunub".

Ekspertin sözlərinə görə, vaxtilə həmin qurumların bir çox nəzarətçiləri istehlakçılardan istifadə etdikləri qaz və su üçün aldıqları pulların əvəzində çox vaxt qəbz təqdim etməyiblər: "Nəzarətçilər həmin pulları guya əllərində tutduqları jurnallarda qeyd edirdilər. Əslində isə həmin pullar mənimsənilib. İndi isə həmin qurumlar istehlakçılardan qəbz tələb edirlər, mənimsədikləri pulları ikinci dəfə ödəməyə məcbur edirlər".

Borcsuz borclunun cəzasını çəkir

Aleksandr Dümanın muşketyor qəhrəmanlarının devizi olan "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" deyimini əsas götürərək, bir neçə nəfər borclu abunəçiyə görə bir binanı suya həsrət qoyanlara münasibət bildirən ekspert E.Hüseynov qeyd etdi ki, bu addım "Azərsu"nun bu sahəni inhisara almasından xəbər verir.

Onun fikrincə, qurum borcu olmayan istehlakçının suyunu kəsməməlidir. Ekspertin sözlərinə görə, istehlakçılar hüquqlarını bilmədikləri üçün bu kimi hallarla qarşılaşırlar: "Əsas problem maariflənmənin zəif olmasında, daha doğrusu, aparılmamasındadır. Əgər istehlakçılar hüquqlarını bilsəydilər, dərhal həmin qurumu məhkəməyə verərdilər. Belə qanunsuz addımlarına görə məhkəməyə verilmədiyini görən "Azərsu" daha da sərbəstləşir. Bu həm də digər qurumlara aiddir. Əslində həmin qurumlar 1997-ci ildən indiyədək yığılmış borcları tələb etməklə, qanunazidd hərəkət edirlər. Qanunvericiliyə görə, həmin xidmətlər yalnız 3 il öncəki borcun ödənməsini tələb edə bilər. O ki qaldı borcu olan istehlakçıya, bunun sivil yolları var - məhkəmə. İstənilən qurum borcu olan istehlakçını məhkəməyə verib, quruma olan borcunu tələb edə bilər. Amma 5-10 nəfərə görə bir binanı susuz qoymaq məsələnin həlli deyil. Bu, özbaşınalıqdır". Qəza, yoxsa qaza "ekonomiya"?

Ötən il paytaxtın bir çox rayonlarında günün müxtəlif vaxtlarında işıq və qaza qənaət olunurdu. Məsələn, Qaraçuxurda əhaliyə qaz verilişi məhdudlaşdırılmışdı. Qaz gündüz saatları və istirahət günlərində tamam kəsilirdi. Qaz İstismar İdarəsində isə abonentləri aldadırdılar. Hər dəfə abonentlərə təzyiqin aşağı olduğu və ya yaxın saatlarda problemin həll olunacağı bildirilsə də, bu hal yayadək davam etdi.

Əslində isə xətdə və təzyiqdə problem yox idi. Problem "qazpulu" ödənişinin 39 faizə enməsi idi. Ona görə də "Azəriqaz" rayon qaz idarələrinə "qazpulu" yığımını minimum 60 faizə qaldırmaq barədə şifahi göstəriş vermişdi. Həmin göstərişdə günün müəyyən vaxtlarında fasilələr edilməsi də qeyd olunmuşdu.

"Azəriqaz"ın bu qənaət hoqqası isə neçə insanın həyatı hesabına başa gəlmişdi...

Hidrometeoroloqlar xəbərdar edir

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, soyuq və yağmurlu hava şəraiti hələ yaxın bir neçə gün ərzində davam edəcək. Ümumilikdə, payız və qış aylarında havaların kəskin soyuyacağı proqnozlaşdırılır. İnkişaf etmiş ölkələr, xüsusən də şimaldakı dövlətlər qışın gəlişini bayram edirlər. Həmin ölkələrdə qışın uzun müddət qarlı və kəskin şaxtalı keçməsinə baxmayaraq, heç bir kommunal problem yaşanmır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

"Azəriqaz"da dəyişikliklər aparılacaq

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

Bölmənin digər xəbərləri
 
Uşaq müavinətləri: bizdə necədir, MDB ölkələrində necə?
Hökumətin gənc ailələrə münasibəti neft-qaz ölkəsinə yaraşan deyil

Ailə münaqişəsi, mülk davası, dəhşətli qətllər...
Bunların ən müxtəlif başvermə səbəbləri var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər