Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ailə münaqişəsi, mülk davası, dəhşətli qətllər...
Ailə münaqişəsi, mülk davası, dəhşətli qətllər...
Bunların ən müxtəlif başvermə səbəbləri var
Şənbə, 17.10.2009

Hacı Zeynalov mətn ölçüsü  

Qətl hadisələrinin çoxu ailədaxili mülkiyyət üstündə baş verir. DİN mətbuat xidmətindən verilən məlumata görə, bu ilin 9 ayı ərzində qəsdən adam öldürmə, ölümə sui-qəsd, qəsdən sağlamlığa ağır zərər və yüngül zərər vurma cinayətləri ötən illərə nisbətən azalıb. Qətl hadisələrinin çoxu ailə-məişət zəminində baş verir. Mülk üstündə baş verən cinayətlər ötən illərlə müqayisədə artıb.

Ailələrdə qətllər

...Bir qadın 5 il ərzində hüquq-mühafizə orqanlarına müracət edərək bildirib ki, əri tərəfindən təhqir olunur, ləyaqəti alçaldılır, əri daim sərxoş olur və onu hər gün döyür. Bu qadın əri tərəfindən döyülməsinə dözsə də, ərinin uşaqlarını döyməsinə dözməyib və onu qətlə yetirib. Bu hadisə məişət zorakılığı zəminində baş vermişdi. Lakin ortada insan faktoru vardı, qadının ləyaqəti alçaldılmışdı. İndi isə onun uşaqlarının ləyaqəti alçaldılırdı.

Bu misalı hüquqşünas İradə Cavadova gətirir. Deyir ki, ailədaxili qətllərə daha çox qısqanclıq və əxlaqsızlıq səbəb olur.

Qətl hadisələri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılır. Onların arasında ən müxtəlif motivlərlə törədilmiş qətl hadisələrinə rast gəlmək olur. Məsələn, hakim Rauf Əliyev bu günlərdə Suraxanı sakini Lalə Əsədovanın məhkəməsini aparırdı. Hadisə mülk üstündə baş verib. Müttəhim qaynatasını evdən didərgin salıb və ailənin ağsaqqalı məhkəmə qapılarına düşməli olub.

Lalə Əsədova (1978) bu il mayın 8-də həyat yoldaşı Vüqar Salmanovu Qaraçuxurdakı evlərində kəmərlə boğmağa cəhd edib. Daha sonra onun qarın nahiyəsinə bıçaqla zərbələr vurub. Yaralı Sabunçu xəstəxanasına aparılıb.

REKLAM

Lakin aralarında əldə edilən "sülhdən" sonra şikayətçi olmayıblar. Yaralı xəstəxanadan evə qayıdan kimi isə münasibətlər yenidən gərginləşib.

Ertəsi gün arvad xüsusi hazırlanmış məftillə ərini döyüb və sonra onun başına qaynar su əndərib. Lalə Əsədova həmin gün baldızı Səbinə Salmanovanı da döyərək, ona ağır xəsarətlər yetirib...

Lalə Əsədova isə ərinin özü-özünə xəsarət yetirdiyini, baldızını da vurmadığını iddia edirdi.

Onlar 2003-cü ildə ailə həyatı qurublar. Valideynləri Vüqara xeyir-dua verməyib, ona qayınatası Oğuz rayonunda toy edib və onların birgə nikahlarından bir övladları var. Vüqar Salmanov bildirdi: "Toyumdan bir həftə sonra Laləni götürüb, atamın evinə gətirdim. Bir ara münasibətlərimiz yaxşı oldu. Amma son vaxtlar atamla Lalə yola getmirdi. Bu səbəbdən atam evdən getmişdi. Məhkəmədə bizə qarşı mülki iddia qaldırmışdı. Suraxanı məhkəməsi hər iki tərəfin evdə yaşamaq hüququ olması ilə bağlı qərar çıxarmışdı. Buna baxmayaraq, Lalə apellyasiya şikayəti vermişdi. Mayın 8-də Bakı Apellyasiya Məhkəməsindən çağırış gəlmişdi. Bu zaman mən əsəbiləşdim və atamı evə gətirəcəyimi bildirdim. Bu vaxt Lalə ilə anası üstümə hücum çəkdilər ki, bu mümkün deyil. "Mən atamı çölə ata bilmərəm" dedikdə, Lalə məni öldürməklə hədələdi. Hətta mənə hücum çəkdi, üzümü çırmağa başladı. Sonra bıçaqla qarın nahiyəmdən vurdu. Məni xəstəxanaya apardılar. Lalə xəstəxanaya gəldi və yalvarmağa başladı ki, şikayətçi olmayım, onu uşağımıza bağışlayım. Mən bu xahişi nəzərə aldım və müstəntiqə özüm-özümə xəsarət yetirdiyimi bildirdim. Mayın 17-də xəstəxanadan çıxıb evə gəldim. Ertəsi gün Lalə məni yenə də təhqir etməyə başladı, anamın qəbrinə söydü. Həmin vaxt arxadan başıma bir qab qaynar su tökdü"...

Məhkəmə Lalə Əsədovanı təqsirli bilərək, 3 il azadlıqdan məhrum etdi.

Ailə münaqişəsi, baş vermiş qətl

Qardaşını qətlə yetirməkdə ittiham olunan Şahbaz Vəliyev də cinayəti mülk üstündə törədib. Valideynlərindən miras qalan evi bölə bilməyən qardaşların arasına qan düşüb. Ötən il dekabrın 25-də Rəsulzadə qəsəbəsində 42 yaşlı Şahbaz Əmiraslan oğlu Vəliyev ailə münaqişəsi zəminində 50 yaşlı qardaşı Nəbini bıçaqlayaraq qətlə yetirib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Uşaq müavinətləri: bizdə necədir, MDB ölkələrində necə?
Hökumətin gənc ailələrə münasibəti neft-qaz ölkəsinə yaraşan deyil

Bakı qışa necə hazırlaşır?
Yenə də qaz və işıq kəsiləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər