Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Uşaq müavinətləri: bizdə necədir, MDB ölkələrində necə?
Uşaq müavinətləri: bizdə necədir, MDB ölkələrində necə?
Hökumətin gənc ailələrə münasibəti neft-qaz ölkəsinə yaraşan deyil
Şənbə, 17.10.2009

A.Əhmədova mətn ölçüsü  

"Azərbaycanda gənc ailələrə yalnız valideynləri kömək edir. Dövlət isə gənc ailələrə yardımdan kənarda qalır". Bu fikrin müəllifi millət vəkili Elmira Axundovanın sözlərinə görə, gənc ailələrin sosial müdafiəsini gücləndirmək üçün müvafiq qanun qəbul edilməlidir. Konkret desək, "Milli Məclisdə "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəci qəbul edilməlidir.

MM sosial siyasət daimi komitəsinin üzvü Elmira Axundova deyir ki, xarici ölkələrdə gənc ailələrin və hamilə qadınların sosial müdafiəsi bizim ölkədən çox-çox yüksəkdir: "Dövlət bu statusda olan insanlara yardım məqsədilə müvafiq addımlar atmalıdır. Bu addımlar isə qanunla tənzimlənməlidir. Gənc ailələrə ögey münasibət neft və qaz ölkəsi olan Azərbaycana yaraşmır. Dövlət gənc ailələrin sosial müdafiəsində iştirak etmir.

Elmira Axundovaya görə, söhbət yalnız maddi göməkdən deyil, eyni zamanda ordu sıralarına çağırışdan, gənclərin işə götürülməsindən gedir: "Hesab edirəm ki, gənc ailələrə sosial dəstək məsələsi proqram şəklində də qəbul edilə bilər".

Məlumat üçün: 2008-2009-cu illərdə bir sıra MDB dövlətlərində dünya maliyyə böhranı və inflyasiyanı nəzərə alaraq, sosial müavinətləri kəskin şəkildə artırıblar. Hamiləliyə, doğuşa və uşağa qulluq etməyə görə müavinətlər xeyli yüksəldilib. Millət vəkili təəssüflə qeyd etdi ki, Ukrayna və Qazaxıstan hamilə qadınların və anaların sosial müdafiəsi baxımından bizdən irəli gediblər. Onlarda bu kateqoriyadan olan insanların sosial müdafiəsi daha güclüdür.

Millət vəkilinin bildirdiyinə görə, Azərbaycanda doğumla əlaqədar birdəfəlik müavinət cəmi 50 manatdırsa, Rusiyada bu məbləğ 350 dollara bərabərdir. Ukraynada birinci uşağın doğuşuna görə birdəfəlik müavinət 150 dollardır. İkinci doğuşda bu məbləğ iki dəfə artır, üçüncü uşaqda isə dövlət ailəyə 600 dollar ayırır. Qazaxıstanda işləməyən qadınlar uşağa qulluğa görə bir il müddətində aylıq müavinət alırlar. İşləyən qadınlar isə orta aylıq əməkhaqqının 40 faizini bir il müddətinə əldə edirlər. Azərbaycanda isə qadın yalnız bir neçə ay uşağa qulluğa görə pul alır, sonra isə öz hesabına məzuniyyətə çıxmalıdır...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ailə münaqişəsi, mülk davası, dəhşətli qətllər...
Bunların ən müxtəlif başvermə səbəbləri var

Bakı qışa necə hazırlaşır?
Yenə də qaz və işıq kəsiləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər