Mina qurbanlarına faizsiz maliyyə verilib
|
Bu vəsaitlə öz kiçik bizneslərini təşkil etməlidirlər
Şənbə, 10.10.2009
|
|
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi ölkədəki mina qurbanlarına öz kiçik biznes fəaliyyətini təşkil etməklə həyat şəraitlərini yaxşılaşdırmaq üçün faizsiz maliyyə vəsaitlərinin verilməsini nəzərdə tutan layihəni həyata keçirməyə başlayıb. Bu barədə "Ayna"ya birliyin sədri Hafiz Səfixanov məlumat verib.
Kanadanın Azərbaycan səfirliyi tərəfindən maliyyələşdirilən bu layihə Füzuli, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanları üçün nəzərdə tutulub. Layihənin ilkin mərhələsində bu rayonların ərazisində yaşayan mina qurbanları üçün kiçik biznesin hüquqi əsasları və iqtisadi aspektləri mövzularında seminarlar təşkil olunub.
Səfixanov bildirib ki, layihədə iştirak etmək istəyən mina qurbanları Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə öz biznes planlarını təqdim etmiş və bunların içərisindən hər regiondan bir layihə maliyyələşdirilmək üçün seçilib. Maliyyələşdirilən layihələr kənd təsərrüfatı sferasını və mobil telefonların və onların aksessuarlarının satışını nəzərdə tutur. Layihə çərçivəsində hər bir region üçün 3000 ABŞ dolları məbləğində vəsait ayrılıb.
Mina qurbanları aldıqları vəsaiti layihənin sonunda 100 faiz geri qaytarmalıdır və geri qaytarılmış vəsait digər mina qurbanlarına veriləcək.я
|
|
|
Oxşar xəbərlər:
Ərizələr UEFA-ya göndərildi
Tacikistan minaaxtaranlarına sertifikat verildi
Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
Mina partlaması nəticəsində traktorçu xəsarət alıb
Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
|
|
|