Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Döyüşdən reportaj"
"Döyüşdən reportaj"
Bunun bir mükafatını Azərbaycan jurnalistləri aldı
Şənbə, 10.10.2009

İdrak Abbasov mətn ölçüsü  

Böyük Britaniyanın "Hərb və Sülh İcmalları İnstitutu"nun "Airsoft Georgia" Federasiyası və Gürcüstan Müdafiə Nazirliyi ilə birgə oktyabrın 3-6-da telejurnalistlər üçün təşkil etdiyi "Müharibədən reportaj" mövzusunda keçirdiyi müsabiqədə azərbaycanlı jurnalistlər ikinci yeri tutublar. Müsabiqədə birinci yerə isə Gürcüstan İctimai Televiziyası layiq bilindi.

Belə ki, Azərbaycanı müsabiqədə "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu"nun (RATİ) üzvü, habelə "Ayna" və "Zerkalo" qəzetlərinin müxbiri İdrak Abbasov, RATİ-nin videooperatoru Mehman Hüseynov təmsil edirdi.

Ümumilikdə isə, müsabiqədə Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistləri iştirak ediblər. Müsabiqədə 8 telekanal qələbə uğrunda mübarizə aparırdı. Müsabiqədə cəmi iki mükafat - 1 və 2-ci yerlər var idi. Azərbaycanlı jurnalistlərin cəmi iki mükafatdan birinə sahib olmağı böyük uğurdur. Çünki bu cümlələrin müəllifi və operatoru da telejurnalist deyil və bizim "Rustavi-2", "İmedi", "Acar-TV", "Georgian TV" və Ermənistanın "Erkir" TV-si kimi ciddi rəqiblərimiz var idi. Habelə bu sətirlərin müəllifinin operatoru olan 19 yaşlı gənc ilk dəfə belə bir şəraitdə çəkiliş aparırdı.

Belə ki, telejurnalistlər üçün təşkil olunmuş müsabiqə Gürcüstanən "Vaziani" hərbi bazasının nəzdindəki poliqonların birində həyata keçirildi. Səhnələşdirilmiş müharibə terrorizmdə ittiham edilən somalili generalın Amerika hərbçiləri tərəfindən zərərsizləşdirilməsinə həsr olunmuşdu. Real müharibəyə çox oxşadılmış "müharibə" bombardman nəticəsində dağıdılaraq xarabalığa çevrilmiş balaca bir şəhərdə gedirdi. Döyüşçülər real silah-sursatla silahlanmışdılar, kauçuk qəlpə saçan qumbaralar və kauçuk güllələrdən istifadə edirdilər.

Müsabiqənin şərtlərinə görə, jurnalistlər əsir düşməməli, vurulmamalı və ən əsası döyüş meydanından balanslı reportaj verməli idilər. Azərbaycanlı jurnalistlər mümkün uğuru qazandılar və bizim uğurumuzu təqdimat mərasimi zamanı bizimlə Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Şövqi Mehdizadə də bölüşdü. Səhərisi gün isə bizi səfirlikdə qəbul etdilər və Azərbaycan səfirinin birici müşaviri Adil Əfəndiyev bizi təbrik edərək nahar süfrəsinə dəvət etdi.

Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə keçirilən bu açıq müsabiqənin təşkili və keçirilməsi də həddindən artıq maraqlı idi. İlk olaraq müharibənin bütün sərt qayda və qanunlarını özündə əks etdirən müsabiqənin şərtlərinə uyğun olaraq, Tbilisiyə çatan kimi dərhal "Vaziani" hərbi bazasına aparıldıq. İstirahət etməyə və ya isti yemək yeməyə imkan olmadı. Cəmi 5-10 dəqiqəyə "müharibə"nin şərtləri bizə izah edildi.

REKLAM

Ssenariyə görə, döyüş Somalinin kiçik bir şəhərində yerli silahlılarla amerikalılar arasında baş verməli idi. Amerikalıların məqsədi terrorçu elan etdikləri yerli silahlıların generalını zərərsizləşdirmək idi. Bu "müharibə"də könüllülük prinsipi ilə jurnalistlər də iki yerə ayrıldı. Jurnalistlərin bir qismi Amerika televiziyasını, digər qismi isə "Əl Cəzirə"ni təmsil edirdi. Bu "müharibə"də jurnalistlər vurulmamalı, əsir düşməməli və döyüş meydanından balanslı məlumat verməli idilər. Demək olar ki, "müharibə"də jurnalistlərin əksəriyyəti ya vuruldu, ya əsir alındı. Amma bizim bəxtimiz gətirdi, biz nə əsir düşdük, nə də yaralandıq. Amma onu da etiraf edim ki, bu gerçək döyüş olsaydı, buradan sağ çıxmaq şansımız çox aşağı idi. Çünki bir neçə dəfə mərmi bizdən çox yaxın məsafəyə düşərək partladı. Hər halda, Gürcüstanda son Rusiya-Gürcüstan savaşı zamanı döyüşdən reportaj hazırlayarkən Qori və Sxinvalidə gerçək mərmilərin partlayışını bir jurnalist kimi görmüşdüm.

Belə ki, "müharibə" başlamazdan əvvəl bütün jurnalistlərə "ölüm vərəqi"nə imza atmaq təklif olundu. İmza atmayanlar isə müsabiqədən kənar qala bilərdi. Hətta cəsarətlənmək üçün jurnalistlərə araq da təklif olundu. "Müharibə" isə adəti üzrə bombardman və hər yanın alovlanaraq yanması, sonra isə amerikalıların hücumu ilə başladı. Döyüş şəhər, hətta binaların daxilində və açıq ərazilərdə getdi. "Müharibə"ni kənardan beynəlxalq, yerli müşahidəçilər, habelə Gürcüstanın müdafiə naziri də müşahidə edirdi.

"Müharibə" bütün sərt savaş qaydaları ilə üç saata qədər davam etdi. Öncədən razılaşdırılmasına baxmayaraq, hətta əsl döyüşlərdə olduğu kimi müşahidəçilərdən də güllələnən oldu. "Terrorçu"lara əsir düşən "amerikalı jurnalist"lər isə daha pis aqibətlə üzləşdi. Əvvəl "terrorçu"lar onlara gerçəkdən işgəncə verdilər, sonra onları kameraya çəkərək Amerika ordusuna bəyan etdilər ki, ərazini tərk etməsələr, jurnalistləri güllələyəcəklər və sözsüz ki, amerikalılar bu tələbə məhəl qoymadılar. Nəticədə isə "əsir jurnalistlər" "güllələndi". Güllə kauçukdan olsa da, onlara çox yaxından atəş açıldığı üçün yazıqların bədəni gömgöy olmuşdu. Sonda, heç şübhəsiz, amerikalılar qalib gəldilər və generalı həbs edərək qərargahlarına apardılar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Media hərbçilərdən nə istəyir?

Qubada jurnalistlər üçün düşərgə

Bölmənin digər xəbərləri
 
Qubada jurnalistlər üçün düşərgə
Gələn il üçünsə gənc jurnalistlərlə bağlı yeni layihə planlaşdırılır

Bloggerlər ifadə veriblər
Onlar hücuma məruz qaldıqlarını sübut etməyə çalışıblar

"Milli yol" qəzetinə polis basqını
DİN məhkəməyə veriləcək

Hüseyn Arabul azadlığa buraxıldı
"Barmek"in sabiq rəhbəri məhkəmədən narazıdır

Mina qurbanlarına faizsiz maliyyə verilib
Bu vəsaitlə öz kiçik bizneslərini təşkil etməlidirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər