Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Milli yol" qəzetinə polis basqını
"Milli yol" qəzetinə polis basqını
DİN məhkəməyə veriləcək
Şənbə, 10.10.2009

S.Abbas mətn ölçüsü  

Dünən "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu"nun (RATİ) mətbuat mərkəzində "Milli yol" qəzetinin və "Poliqon" İnformasiya Agentliyi (ria.az) baş redaktorunun müavini Ravil Məmmədovun həbsi, baş redaktor Şahin Ağabəylinin həbsinin şahidi olmuş RATİ əməkdaşlarının polisin fiziki təzyiqinə məruz qalması, videokamera və fotoaparatların zorla əllərindən alınması ilə bağlı mətbuat konfransı olmuşdur.

Konfransda çıxış edən "Ayna" və "Zerkalo" qəzetlərinin müxbiri və RATİ-nin əməkdaşı İdrak Abbasov bildirib ki, srağagün "Milli yol" qəzetinin baş redaktoru Şahin Ağabəyli saat 16.00-da RATİ-nin "Qaynar xətti"nə zəng edərək, müavini Ravil Məmmədovun həbsi barədə məlumat verib. Bu zaman MTN əməkdaşı olduqlarını deyən, lakin sənəd təqdim etməyən 5 nəfər idmançı görkəmli şəxs Ravilin axtarışda olduğunu deyərək, onu zorla maşına oturdaraq naməlum istiqamətə aparıblar.

RATİ Ravil Məmmədovla bağlı məlumat verilməsi ilə əlaqədar MTN və DİN-ə təcili informasiya sorğuları göndərib və telefon əlaqəsi saxlayıb.

Məsələ ilə əlaqədar DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə heç bir məlumata malik olmadıqlarını deyib.

MTN İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev isə RATİ-nin sorğusuna cəmi 15 dəqiqədən sonra cavab olaraq bildirib ki, MTN belə bir əməliyyat keçirməyib və Ravil Məmmədov adlı şəxs MTN əməkdaşları tərəfindən saxlanmayıb.

Bundan sonra Şahin Ağabəyli RATİ-yə məlumat verib ki, Ravil Məmmədov dostuna zəng edərək bildirib ki, Daxili İşlər Nazirliyində saxlanılır. Ravil Məmmədov vurğulayıb ki, 5 oktyabr tarixində "pia.az" saytında "DİN-də ixtisarlar olacaq" yazısına görə sorğu-sual edilir.

Daha sonra İ.Abbasov bildirib ki, dünən saat 19.00 radələrində Ş.Ağabəyli "Milli yol" qəzetinin və "Poliqon" İnformasiya Agentliyinin Rəsul Rza və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən ofisinin mülki geyimli polis əməkdaşları tərəfindən mühasirəyə alındığını bildirib.

Saat 19.30-da özü və RATİ-nin əməkdaşı Qəmbər Qəmbərov Şahin Ağabəyli ilə mülki geyimli şəxslərin birinin söhbətini lentə alarkən, mülki geyimli şəxslər qəflətən hücum edərək, Şahin Ağabəylini həbs edib, həmçinin RATİ əməkdaşlarının qollarını buraraq, çəkiliş avadanlıqlarını zorla əllərindən alıblar. Bundan başqa, binanın bayır hissəsində çəkiliş aparan digər RATİ əməkdaşı Elnur Məmmədovu da zorla avtomobilə basaraq, əlindəki videokameranı müsadirə edib və onu Ş.Ağabəyli ilə eyni maşında aparıblar.

RATİ əməkdaşı Elnur Məmmədov yolda maşından düşürülərək sərbəst buraxılsa da, avadanlıqlar geri qaytarılmayıb

Saat 22.00-da Şahin Ağabəyli və müavini Ravil Məmmədov, eləcə də "pia.az" saytının əməkdaşı Eldəniz Elgün sərbəst buraxılıblar. Onlar həmçinin özləri ilə RATİ-nin müsadirə olunmuş avadanlıqlarını öz ofislərinə gətirərək, RATİ əməkdaşlarına təhvil veriblər. Amma fotoaparatdakı çəkiliş pozulub, vidokasetlər isə müsadirə edilərək, əvəzinə kameralara təzə kasetlər qoyulub.

Şahin Ağabəyli qeyd edib ki, DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla əlaqədən sonra qərargaha gələn Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarəyə aparılıb.

İdarənin rəisi ilə görüş olub və saytda gedən yazılarla bağlı fikir mübadiləsi aparılıb. Bir saatlıq söhbətdən sonra sərbəst buraxılıblar. Baş redaktor başına gələn hadisələrin yenidən təkrarlanacağını qeyd edərək, həmkarlarından müdafiəsində köməklik xahiş edib.

RATİ rəhbəri Emin Hüseynov DİN-lə məhkəmə çəkişmələrinin başlanacağını deyir. Onlar jurnalistlərin peşə fəaliyyətinə müdaxilə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə tezliklə məhkəməyə müraciət edəcəklər. E.Hüseynov bununla bağlı sona qədər mübarizə aparacaqlarını söyləyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ronaldinyonu dietaya "oturtdular"

Əhmədinejada dini rəhbərdən xeyir-dua

Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır

Ərinin başını çəkiclə əzən qadına hökm oxundu

Uşağı, qadını, zəifi döymək...

Bölmənin digər xəbərləri
 
Qubada jurnalistlər üçün düşərgə
Gələn il üçünsə gənc jurnalistlərlə bağlı yeni layihə planlaşdırılır

Bloggerlər ifadə veriblər
Onlar hücuma məruz qaldıqlarını sübut etməyə çalışıblar

"Döyüşdən reportaj"
Bunun bir mükafatını Azərbaycan jurnalistləri aldı

Hüseyn Arabul azadlığa buraxıldı
"Barmek"in sabiq rəhbəri məhkəmədən narazıdır

Mina qurbanlarına faizsiz maliyyə verilib
Bu vəsaitlə öz kiçik bizneslərini təşkil etməlidirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər