Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qubada jurnalistlər üçün düşərgə
Qubada jurnalistlər üçün düşərgə
Gələn il üçünsə gənc jurnalistlərlə bağlı yeni layihə planlaşdırılır
Şənbə, 10.10.2009


Fərəh Sabirqizi
mətn ölçüsü  

Quba Olimpiya Mərkəzində jurnalistlər üçün təşkil olunmuş düşərgədə KİV mənsubları bir arada idi. Təşəbbüs AR Gənclər Təşkilatlarının Milli Şurasından gəlmişdi. Məqsəd isə jurnalistlərlə sıx əməkdaşlıqda işləmək idi.

Düşərgədə həm Bakıdan, həm də Qubanın özündən jurnalistlər iştirak edirdi. Onlarla görüşə müxtəlif peşə sahibləri dəvət olunmuşdular. Tədbirin təşkilatçısı, AR Gənclər Təşkilatlarının Milli Şurasının sədri, deputat Fuad Muradov beş gün ərzində jurnalistlərin yanında oldu. Həm seminar, həm də istirahət vaxtını jurnalistlərin yanında keçirən millət vəkili onlarla bir çox məsələləri müzakirə etdi. Fuad Muradov bildirdi ki, bu düşərgə jurnalistikaya dəstək məqsədilə gerçəkləşdirilib. O dedi ki, ölkənin hər sahədə əldə etdiyi uğurların cəmiyyətə çatdırılmasında problemlər var.

Diskussiyalarda Cahangir Məmmədli, Rəşad Məcid, Nuşirəvan Məhərrəmli, Vüsalə Mahirqızı, Akif Aşırlı, Ələsgər Məmmədli kimi media aləmində yaxşı tanınan, çox vaxt jurnalistika sahəsində ekspert kimi rəyləri öyrənilən isimlər iştirak edirdilər. Biz jurnalistlərdən "ələkeçməz" titulu almış insanlara da bu düşərgədə rast gəlmək olardı. Məsələn, bu yaxınlarda Dağlıq Qarabağa səfər etmiş deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin bir gününü jurnalistlərlə keçirməsi media mənsubları üçün əsl tapıntı oldu.

Bu beş gündə müxtəlif problemlərə toxunuldu. Adətən jurnalistlər çox sərbəst və səmimi olduqlarından çox maraqlı diskussiyalar açıldı. Bəlkə də səhvlərini etiraf edən yeganə peşə sahibləri olan bizlər həm öz yanlışlıqlarımızdan, həm də bizə qarşı olan haqsızlıqlardan danışdıq. Hətta bəzi problemlərin həll yolları barədə təkliflər də səsləndirildi. Mətbuatın ağır iqtisadi vəziyyətindən tutmuş, jurnalistlərin peşəkarlıqla bağlı problemlərini aradan qaldırmaq üçün bir sıra birgə layihələri gerçəkləşdirmək qərara alındı. İştirakçılardan bu kimi arzular da səsləndirildi: qoy mətbuat o qədər inkişaf etsin ki, jurnalistlər öz mənzil problemlərinin həlli üçün KİV-ə dəstək fonduna göz dikməsinlər. Elə gün olsun ki, rəsmi şəxslər, biznes adamları jurnalistlərə sərbəst müsahibə verməkdən çəkinməsinlər.

İstirahətə gəlincə, ilk dəfəydi qələm sahibləri deputatlara və redaktorlara öz güclərini qəzet səhifələrində yox, futbol və voleybol meydançalarında da göstərdilər. Hər kəs yorulanda "mübarizəsini" masaüstü oyun variantlarına keçirirdi.

Düşərgənin son günü jurnalistlər Qubadakı soyqırım məzarlığını ziyarət etdilər. Onlara məzarlığın mühafizəsi ilə bağlı indiyədək görülən işlər barədə bilgi verildi. Düşərgə iştirakçıları burada inşa ediləcək abidə kompleksinin layihəsi ilə tanış oldular.

Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası gələn il gənc jurnalistlərlə bağlı yeni layihə planlaşdırır. Bu layihə çərçivəsində bir qrup KİV əməkdaşının Strasburqa səfəri təşkil olunacaq.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib

Media hərbçilərdən nə istəyir?

Uşaqlara çəkilən xərclər artıb

"Döyüşdən reportaj"

Bölmənin digər xəbərləri
 
Bloggerlər ifadə veriblər
Onlar hücuma məruz qaldıqlarını sübut etməyə çalışıblar

"Milli yol" qəzetinə polis basqını
DİN məhkəməyə veriləcək

"Döyüşdən reportaj"
Bunun bir mükafatını Azərbaycan jurnalistləri aldı

Hüseyn Arabul azadlığa buraxıldı
"Barmek"in sabiq rəhbəri məhkəmədən narazıdır

Mina qurbanlarına faizsiz maliyyə verilib
Bu vəsaitlə öz kiçik bizneslərini təşkil etməlidirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər