Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Kişinyov sammiti başa çatdı
Sammit "2010-cu ilin Böyük Vətən Müharibəsinin Veteranları İli" elan olunması ilə yadda qaldı
Şənbə, 10.10.2009

Səid mətn ölçüsü  

Kişinyovda MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti artıq başa çatıb. APA-nın məlumatına görə, sammitə Moldova prezidentinin səlahiyyətlərini icra edən parlament spikeri Mixay Qimpu sədrlik edib. Zirvə toplantısına Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Ukraynanın prezidentləri, Qazaxıstan və Tacikistan baş nazirləri, Türkmənistan baş nazirinin müavini, Özbəkistan parlamentinin sədri və MDB-nin icra katibi Sergey Lebedev qatılıblar.

3 saat davam edən sammitdə dövlət başçıları gündəliyə daxil edilən 16 məsələni müzakirə ediblər. Müzakirə olunan sənədlər arasında 2009-2010-cu illərdə ümumdünya maliyyə-iqtisadi böhranının nəticələrinin aradan qaldırılması üçün birgə təşəbbüslər haqqında qərar layihəsi də var. Layihə baxılmaq üçün MDB Hökumət Başçıları Şurasının toplantısına tövsiyə olunub. Qərar layihəsində MDB üzvü dövlətlərin hökumətlərinə qarşılıqlı ticarətin liberallaşması istiqamətində tədbirlər görmək, malların MDB ölkələrinin daxili bazarlarına daxil olmasını əngəlləyəcək proteksionist tədbirlər görməkdən çəkinmək tövsiyə olunur.

Bundan başqa toplantıda aşağıdakı sənədlər müzakirə olunub:

- Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə MDB dövlət başçılarının MDB dövlətlərinin xalqlarına və beynəlxalq ictimaiyyətə müraciəti;

- MDB məkanında 2010-cu ilin Böyük Vətən Müharibəsi Veteranları İli elan olunması haqqında qərar;

- MDB-yə üzv ölkələrin veteran təşkilatları haqqında qərar;

- MDB ölkələrinin razılaşdırılmış sərhəd siyasəti Konsepsiyasının reallaşması çərçivəsində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlik tədbirlər haqqında qərar;

- MDB dövlətlərinin narkotik maddələrin, psixotrop dərmanların və prekursorların qanunsuz dövriyyəsinə nəzarət edən rəhbər orqanlarının Şurasının yaradılması haqqında saziş;

- MDB ölkələrinin müvafiq orqanlarının əməkdaşlığı haqqında ümumi müddəalar barədə qərar.

2010-cu ildə MDB-yə sədrlik Moldovadan Rusiyaya keçəcək. Rusiya prezidenti MDB dövlət başçılarını gələn ilin mayında Böyük Vətən Müharibəsində Qələbənin 65-ci illiyi münasibətilə keçiriləcək bayram tədbirləri çərçivəsində qeyri-formal görüşə dəvət edib. MDB dövlət başçılarının növbəti sammiti gələn ilin dekabrında Moskvada keçiriləcək. Sammitin gedişini şərh edən MDB-nin icra katibi Sergey Lebedev toplantının konstruktiv keçdiyini bildirib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xəzər Sammitinin tarixi müəyyənləşdi

"Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görmür"

"Kişinyovda Qarabağa dair sənəd imzalanmayacaq"

Azərbaycanın etnomədəniyyəti Moldovada sərgilənib

Bölmənin digər xəbərləri
 
Türkiyə AB üzvlüyü niyyətindən əl çəkə bilər
Abdulla Gül "Norveç variantı"ndan söz açıb

Bayraq "böhrani"
Türkiyə iqtidarı Ermənistan prezidenti Sarqsyanın gəlişini "həyəcanla" gözləyir.

Dərbənddə antitürk ehtirasları
Azərbaycanlı namizəd şəhərin mer seçkisindən zorla uzaqlaşdırılıb

Orduya dair gizli təlimatın detalları açıldı
Qarşıdakı onillikdə böyük dəyişikliklər gözlənir

Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"
Bəs, alyans ölkəmizin ərazi bütövlüyünə necə yanaşacaq?

Türkiyə Ermənistanla bu gün protokol imzalayacaq
Ardınca isə Ermənistanla sərhədi açmalıdır

Prezidentlərin Kişinyov görüşünün konstruktiv keçdiyi bildirilir
Həmsədrlər sülhün çox da uzaqda olmadığına işarə vurublar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər