Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Ailə qurmaq istəyirdi, adam öldürdü
Ailə qurmaq istəyirdi, adam öldürdü
Bununla da ailə həyatını yox, məhbəsi seçmiş oldu
Şənbə, 10.10.2009

H.Zeynalov mətn ölçüsü  

Şirvan şəhərində qız qaçırdıb, evlənmək istəyən bir gənc adam öldürüb. Marif İmran oğlu Balayev ona qız qaçırmaqda kömək etmiş şəxsin atasını qətlə yetirib. Onun öz evində...

Şirvan şəhər Prokurorluğu Marif Balayevi CM 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edərək, cinayət işini baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərib. İşə hakim Rauf Əliyevin sədrliyi ilə baxılmışdır.

İttihamdan məlum olub ki, Şirvan sakini, 1942-ci il doğumlu Əliyev İmran Abdulla oğlunu öz evində Marif Balayev İmran oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Prokuror cinayətin xüsusi amansızlıqla baş verdiyini bildirib. Məhkəmə prosesində ifadə verən Marif Balayev elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də, hadisənin xüsusi amansızlıqla törədildiyini təsdiqləməyib. Bildirib ki, "mərhumu öldürmək niyyəti olmayıb".

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsindən: "Mən Şirvan şəhərində qız qaçırmışdım. Həmin qızı qaçırmaqda mərhumun oğlu Bəxtiyar mənə köməklik etmişdi. Məni ailəm qəbul etmirdi. Buna görə də Bəxtiyardan bizə kirayə ev tapmasını xahiş etdim. Mən hadisə baş verən gün Bəxtiyargilə gəldim. Həmin vaxt məni onun atası qarşıladı və məni söyməyə başladı. Mən də bu söyüşlərdən əsəbiləşdim və onu bıçaqla vurdum".

Məhkəmə bütün tərəfləri dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Marif Balayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Kim neçə dəfə nikaha girib?

Bölmənin digər xəbərləri
 
Dəhşətli cinayətin məhkəməsi yekunlaşdı
Tarix müəllimi ömürlük cəza aldı. Qaranlıq məqamlar isə qaldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər