Mövlud Mirəliyevin yeni vəzifəsi
|
Şənbə, 10.10.2009
|
|
mətn ölçüsü |
|
|
|
Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Mövlud Mirəliyevə yeni vəzifə verilib. Karyerasını davam etdirən idmançı eyni zamanda Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsini icra edəcək.
Onu bu vəzifəyə Azərbaycan prezidenti, eləcə də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri İlham Əliyev təyin edib. İdmançı mətbuata açıqlamasında ona göstərilən etimadı doğrultmağa çalışacağını deyib: "Karyeramı bitirməmişəm. Zədəmi müalicə etdirirəm. Həkimlərin rəyinə görə, hər şey yaxşılığa doğru gedir".
|
|
|
|
|
|
|