Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Meydan cüdoçuların ixtiyarındadır
Meydan cüdoçuların ixtiyarındadır
Əfsanəvi idmançı Tadaxiro Nomura Bakıdadır
Şənbə, 10.10.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Bu gün Bakı İdman Sarayında cüdo üzrə dünya kuboku yarışı başlanır. Beynəlxalq turnirdə Azərbaycan cüdoçularından başqa Rusiya, Polşa, Hollandiya, Türkiyə, Portuqaliya, Gürcüstan, Yunanıstan, Norveç, İsrail, Fransa, Yaponiya və Belarus idmançıları da mübarizə aparacaqlar. Aldığımız son məlumata görə, Ukrayna öz idmançılarını bu yarışa göndərməyib. Belə ki, Ukrayna tərəfi Bakı turnirində iştirak etməyə razılıq versə də, hazırlıq proqramında edilən dəyişikliyə görə turnirə gəlməyib.

Cüdo üzrə yığma komandamızın baş məşqçisi Ağayar Axundzadə dünya kubokunda çıxış edəcək heyəti açıqlayıb. Federasiyadan verilən məlumata görə, hər çəki dərəcəsində Azərbaycandan dörd cüdoçu mübarizə aparacaq. Ağayar Axundzadə bu yarışlarda daha çox gənc cüdoçuları sınaqdan çıxaracaq. Tanınmış idmançılardan isə Sərxan Əhmədov (66 kq), Amil Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) çıxış edəcəklər.

Yığmanın baş məşqçisi dünya kuboku yarışlarında yaxşı nəticə göstərməyin vacib olduğunu qeyd edib. O, "azerisrort.com" saytına açıqlamasında belə deyib: "Dünya kuboku yarışlarının yekunlarına görə, idmançılara lisenziya xalları veriləcək. Komandamız əsasən gənc idmançılardan təşkil olunub. Çünki yığmanın bəzi üzvləri zədəlidir. Bir tərəfdən də bir neçə gündən sonra Fransada gənclər arasında dünya çempionatı başlayır. Biz həmin yarışda daha güclü heyətlə çıxış etmək istəyirik".

Yeri gəlmişkən, əfsanəvi yapon cüdoçusu, dünya çempionu, üçqat olimpiya çempionu Tadaxiro Nomura da Bakıdadır. Bakı turniri 2008-ci il aprel ayından beynəlxalq yarışlarda iştirak etməyən məşhur idmançı üçün qayıdış olacaq. 35 yaşlı cüdoçu il yarımlıq fasilədən sonra yenidən böyük idmana qayıdır və 2012-ci il London Olimpiadasında iştirak etmək istəyir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qadın cüdoçumuza Avroçempionatda bürünc medal

Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır

Elmar Qasımov: "Yerevana Azərbaycan bayrağını qaldırmağa gedirəm"

İrəvanda Azərbaycan bayrağı dalğalandı

İrəvanda bir qələbənin tarixçəsi

Bölmənin digər xəbərləri
 
Son pillədən qopma zamanı gəldi
Qələbə həsrətlisi yığmamızın Lixtenşteynlə matçda son qələbə şansı

UEFA kubokunun oyunları Bakıda keçiriləcək
"Araz" futzal klubu elit raunda vəsiqə qazandığı üçün

Qalib Rio-de-Janeyrodur!
Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyası keçirilib.

Mövlud Mirəliyevin yeni vəzifəsi
Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Mövlud Mirəliyevə yeni vəzifə verilib.

Dünya çempionu dopinqdə "ilişdi"
"France Presse" agentliyinin məlumatına görə, İtaliya yığma komandasının kapitanı, "Yuventus" klubunun məşhur futbolçusu, 2006-cı il dünya çempionu Fabio Kannavaro dopinq testdə "ilişib".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər