Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Son pillədən qopma zamanı gəldi
Son pillədən qopma zamanı gəldi
Qələbə həsrətlisi yığmamızın Lixtenşteynlə matçda son qələbə şansı
Şənbə, 10.10.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Cənubi Afrika Respublikasında futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsi sona yaxınlaşır. Bu gün və gələn həftənin çərşənbə günü keçirilən oyunlarla Avropa zonası üzrə seçmə mərhələyə yekun vurulacaq. Bununla da dünya çempionatına vəsiqə qazanan altı qrup qalibinin və vəsiqə uğrunda mübarizəni pley-off matçlarında davam etdirəcək komandaların adlarına tam aydınlıq gələcək.

Xatırladaq ki, Hollandiya, İspaniya və İngiltərə dünya çempionatının finalında çıxış etmək hüququnu təmin ediblər. Seçmə mərhələnin başa çatmasına iki tur qalmış Danimarka, İsveçrə, Almaniya, Slovakiya, İtaliya və Serbiya finala vəsiqə qazanmağa çox yaxındır.

Maraqlı oyunlardan biri Moskvada Rusiya və Almaniya arasında baş tutacaq. Qonaqlar qələbə qazandıqları təqdirdə qrup qalibi kimi dünya çempionatının finalına vəsiqə qazanacaqlar. Danimarka və İtaliya yığmaları da eyni şansdan istifadə etməyə çalışacaqlar. Türkiyə yığmasının taleyi də yaxın günlərdə bəlli olacaq. Bu gün Belçika, 4 gün sonra Ermənistanla oyunlardan sonra Türkiyənin CAR-a gedib-getməyəcəyi müəyyənləşəcək.

Xatırladaq ki, seçmə mərhələdə qruplarda ikinci yeri tutan 8 komanda pley-off mərhələsində mübarizəni davam etdirəcək. Pley-off mərhələsinin qalibi olan 4 kollektiv finala vəsiqə qazanmış 9 qrup qalibinə qoşulacaq. Pley-off matçları noyabrın 14-də və 18-də keçiriləcək. Bu mərhələ üçün püşkatma oktyabrın 19-da Sürixdə təşkil olunacaq.

Milli komandamız bu gün Lixtenşteyn yığmasının qonağı olacaq. Bakı vaxtı ilə 23.00-da Vaduts şəhərinin "Reynpark" stadionunda keçiriləcək görüşün baş hakimi çernoqoriyalı Pavle Radovanoviçdir. Bu seçmə mərhələsində Lixtenşteynlə ilk oyun 2008-ci il sentyabrın 10-da Bakıda keçirilib və heç-heçə qeydə alınıb - 0:0.

Berti Foqtsun başçılıq etdiyi yığmamız bu seçmə mərhələdə keçirdiyi 8 oyunun 7-də məğlub olub. Futbolçularımız yeganə xalı Bakıda elə Lixtenşteynlə oyunda qazanıblar. İndi hesabında vur-tut 1 xal olan yığmamız qrup sonuncusudur. Komandamızın çıxış etdiyi qrupda Almaniya 22 xalla birincidir. İkinci pillədə qərarlaşan Rusiya yığmasının 21 xalı var. Finlandiya 14 xalla üçüncü, Uels yığması isə 9 xalla dördüncü pillədə qərarlaşıb. Son turda Finlandiya ilə matçda heç-heçə oynayan Lixtenşteyn sonuncu pilləni Azərbaycana təhvil verib. Odur ki, Lixtenşteynlə bugünkü görüş sonuncu pillədən qopmaq və ilk qələbəni qazanmaq üçün bəlkə də yeganə şansdır.

Baş məşqçi Berti Foqts görüşdən əvvəl mətbuat konfransı keçirib və oyunla bağlı fikirlərini səsləndirib: "Görüşün favoriti Lixtenşteyndir, çünki onlar ev sahibi qismində çıxış edəcəklər. Nəticə bizim üçün önəmlidir. Bura qələbə qazanmağa gəlmişik, əgər imkan versəniz".

Lixtenşteyn yığmasının baş məşqçisi Hans Peter Zauq isə iddialı danışıb: "Azərbaycanla matçda ən vacib olan özünəinamdır. Elə biz də heç nədən qorxmuruq və gücümüzə əminik. Azərbaycanla oyundan xalsız ayrılmağı heç ağlımıza da gətirmirik. Aparıcı oyunçular olmasa belə, bu heç nə demək deyil. Heyətə düşənlər daha əzmlə və həvəslə mübarizə aparacaq. Çünki belə də olmalıdır".

Bu gün seçmə oyunlar çərçivəsində aşağıdakı görüşlər keçiriləcək: Finlandiya - Uels, Rusiya - Almaniya, Belarus - Qazaxıstan, Ukrayna - İngiltərə, Lüksemburq - İsveçrə, Estoniya - Bosniya-Hersoqovina, Ermənistan - İspaniya, Çernoqoriya - Gürcüstan, Kipr - Bolqarıstan, Danimarka - İsveç, İsrail - Moldova, Yunanıstan - Latviya, Çexiya - Polşa, Slovakiya - Sloveniya, Avstriya - Litva, Serbiya - Rumıniya, Portuqaliya - Macarıstan, Belçika - Türkiyə, Fransa - Farer adaları, İrlandiya - İtaliya.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
UEFA kubokunun oyunları Bakıda keçiriləcək
"Araz" futzal klubu elit raunda vəsiqə qazandığı üçün

Meydan cüdoçuların ixtiyarındadır
Əfsanəvi idmançı Tadaxiro Nomura Bakıdadır

Qalib Rio-de-Janeyrodur!
Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyası keçirilib.

Mövlud Mirəliyevin yeni vəzifəsi
Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Mövlud Mirəliyevə yeni vəzifə verilib.

Dünya çempionu dopinqdə "ilişdi"
"France Presse" agentliyinin məlumatına görə, İtaliya yığma komandasının kapitanı, "Yuventus" klubunun məşhur futbolçusu, 2006-cı il dünya çempionu Fabio Kannavaro dopinq testdə "ilişib".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər