Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Mənim Azərbaycanımın kitabı yazılmayıb
Mənim Azərbaycanımın kitabı yazılmayıb
Rza Bərahəni - dünya senzuralarına müxalif
Şənbə, 10.10.2009

S.Sədrəddin mətn ölçüsü  

Kanada "Pen Klub"unun keçmiş sədri, Quzey Azərbaycanda az tanınsa da, Qərb ədəbi ictimaiyyətinin yaxşı tanıdığı Rza Bərahəni başda olmaqla ABŞ, Kanada, Almaniya, Britaniya, İsveç və b. ölkələrdə yaşayan, əslən güneyli 13 adam DAK-ın dəvəti ilə Bakıya gəlmişdir. Azərbaycan türkcəsində təhsil almadığını həmişə ürək ağrısı ilə söyləyən bu türk ədib ilə görüşüb söhbətləşmək imkanımız oldu.

Onun həyat yolu

Rza Bərahəni 1935-ci ildə Təbrizdə kasıb, farsca bilməyən bir ailədə doğulub. Böyük qardaşı ilə birlikdə onların Təbrizdə "Pərvəriş" adlı pullu məktəbdə oxumasına yaxın qohumlarından biri yardım edir. Təbriz Universiteti ingilis dili fakültəsini bitirir. Türkiyədə ingilis ədəbiyyat üzrə doktorluq müdafiə etdikdən sonra İrana qayıdır. Hərbi xidmətdən sonra Tehran Universitetində çalışır.

Sonralar bir sıra ölkələrdə professor kimi işləsə də, Tehranda yalnız professor köməkçisi işləyib, ondan yuxarı qalxmasına imkan verməyiblər. İnqilabdan öncə ABŞ-a dəvət edilib, Texas, Yuta universitetlərində ingilis dili və tətbiqi ədəbiyyatından dərs deyib. İrana qayıdandan sonra yazdığı "Hakim və məhkum kültür" məqaləsinə görə tutulub. İşgənclərə məruz qalıb. Yazı türklərin, o cümlədən fars olmayan başqa etnik qrupların milli-mədəni haqları haqda imiş.

Şahlıq dönəmində indi olduğu kimi, İranda Azərbaycan türkcəsində məktəb yasaq idi. Heç bir əsas göstərilmədən 9 ay zindanda yatıb Rza Bərahəni. Sərbəst buraxıldıqdan sonra yenidən universitetdə dərs deməyə başlasa da, işləməsinə əngəllər törədilib. Odur ki, yenidən Amerikaya mühacirət etməyə məcbur olub. Ayova Universitetində dərs deyib.

REKLAM

Orada "Zillullah"ı (şah özünü belə adlandırarmış) - ("Zindan şeirləri"ni) yazıb. Şeir ingiliscəyə tərcümə edilib. Ardınca zindanda baş verənlərə dair bir kitab yazıb. 1968-ci ildə yazdığı "Kişilik tarixi" kitabının İranda çap olunmasına icazə verməyiblər. Sonra Doktrou adlı bir amerikalı yazıçı buna dair böyük bir məqalə ilə çıxış edərək, onu ingilisdilli topluma təqdim edib.

Amerikada ünlü yazıçılarla əməkdaşlıq edib. Kanada "Pen Klub"unun prezidenti olub. 1979-cu il inqilabından sonra başqa müxaliflərlə birlikdə Tehrana qayıdıb. Tehran Universtetində yenə professor köməkçisi kimi çalışıb. Lakmn senzuraya etiraz etdiyinə görə yenə tutulub. Sonra yenə mühacirət...

İndiyədək 20-dən çox romanı, 30-a yaxın şeir toplusu çıxıb.

Hələ şah dövründə yazar həmkarları - Qulamhüseyn Səidi, Cəlal Aləhməd, Əhməd Şamlu və başqaları ilə İran Yazıçılar Birliyini təsis ediblər.

Bir müsahibəsindən epizod:

"...Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: "Niyə tutqunsan?". Mən hadisəni ona danışdım. Anamın mənə dediyi "Oğul, türkcə yaz" - sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub

Mərahim Fərzəlibəyov:
- Yeni tamaşalar sarıdan ciddi planlarımız var


Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir

Suğra Bağırzadə: "Qızıl güllə işləmək çox maraqlıdır"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər