Naxçıvanda xalq rəqsləri və yallı musiqiləri ilk dəfə olaraq nota köçürüləcək. NMR Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Əli Rzayevin bildirdiyinə görə, artıq hazırlıq işi başlayıb. Mətbuat əlaqələndiricisi qeyd etdi ki, ilkin olaraq NMR Bəstəkarlar İttifaqı tərəfindən 10-a qədər yallı musiqisinin nota köçürülməsi həyata keçirilib. Mərhələli şəkildə milli rəqslərimiz və digər yallı rəqslərinin musiqiləri, habelə unudulmaqda olan musiqi örnəkləri notlaşdırılacaq. Öyrəndik ki, xalq rəqsləri və bütün yallı musiqilərinin notlaşdırılması Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun həyata keçirilir. Məqsəd milli musiqimizin, unudulmaqda olan xalq musiqisi örnəklərini aşkara çıxarıb daha geniş səviyyədə təbliğinə nail olmaqdır.
Mətbuat əlaqələndiricisi bildirir ki, nəşrlər tam hazır olandan sonra onun xalq yaradıcılığı günləri çərçivəsində təqdimatı nəzərdə tutulur.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.