Oktyabrın 10-11-də Bakı Caz Mərkəzində Rusiyanın "Modern Blues Band" bluz qrupunun konserti olacaq. Maraqlı və yeni proqramla çıxışı nəzərdə tutulan qrup üzvlərinin bir neçə gün Bakıda qonaq olacağı deyilir. Caz mərkəzindən verilən bilgiyə görə, konsertin ikinci günü bizim musiqiçilərin iştirakı ilə keçəcək və qonaqlar xüsusi gecədə iştirak edəcəklər.
Sözügedən qrup 1995-ci ildə gürcü musiqiçi Qiya Caqnidze tərəfindən yaradılıb. Hazırda "Modern Blues Band" qruruna Q.Caqnidze (gitara, vokal), S.Slobodin (basgitara), D.Matyuxin (zərb), Y.Revniyuk (klaviş) daxildir. Qrup tez-tez caz bluz, rok festivallarına dəvət olunur.
Oktyabrın 17-də isə Rusiyanın "Krec" rep-qrupu paytaxtda qonaq olacaq. Onlar klubların birində konsert proqramı ilə çıxış edəcəklər. Tədbirin təşkilat komitəsi olan "Comedy.az rroduction" yaydığı xəbərə görə, musiqili gecədə qrupun ən son və artıq hitə dönmüş mahnıları səslənəcək. "Krec" sözü "Kitchen Records" sözündəndir. Qrupun üzvləri öz üslublarını "Xeyirxah kədər" adlandırıblar.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.