Qax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir. Bu günlərdə Qaxda olan Estoniya Kukla Teatrının əməkdaşları bir sıra tamaşalarla çıxış ediblər.
Qax Dövlət Kukla Teatrından verilən xəbərdə bildirilir ki, yaxın vaxtlarda bir neçə əsər müzakirəyə çıxarılaraq Azərbaycan və eston dillərində səsləndiriləcək. Baltikyanı və Şərqi Avropa ölkələrində Azərbaycan xalq nağılları əsasında birgə səhnələşdirilən tamaşaların nümayişi də nəzərdə tutulur.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.