Görkəmli ədib, publisist Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərinin ikicildliyi Naxçıvanda çapdan çıxıb. Nəşrə Mirzə Cəlilin ilk dəfə geniş ictimaiyyətə çatdırılan bir sıra əsərləri daxil edilib. Adını Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinə tənqidi realizmin banisi kimi yazan Cəlil Məmmədquluzadənin dördcildlik külliyyatı bir müddət əvvəl latın qrafikası ilə nəşr olunduqdan sonra yazıçının daha bir sıra əsərləri aşkarlanıb. Geniş ictimaiyyətə məlum olmayan bu əsərlər ədibin 140 illik yubileyinin qeyd olunmasına dair ölkə başçısının sərəncamına əsasən NMR Ali Məclisi sədrinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq hazırlanıb.
Son 10 ildə aparılan tədqiqatlar yazıçının yaradıcılığının müxtəlif yönlərdən araşdırılmasının vacibliyini göstərir. İkicildliyə yazılan müqəddimədə C.Məmmədquluzadənin əsərlərinin müstəqillik dövründəki nəşrləri haqqında da ətraflı məlumat verilir. Eyni zamanda həm 1-ci, həm də 2-ci cilddə izahlar təqdim edilir.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.