Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Müəllim var, dərs demir, tələbələri olur
Müəllim var, dərs demir, tələbələri olur
Ölkənin bir çox klarnetistləri ifanı Vaqif Mirzəyevdən, onun "Azərbaycan təranələri"ndən öyrənib
Şənbə, 10.10.2009

Sevinc İsmayıl mətn ölçüsü  

Əməkdar artist Vaqif Mirzəyev klarnet ifaçısıdır. Sənətdə öz missiyasını nəfəsli alətdə görüb və ona nəfəs verib. Yeni nəfəs. Onun bu yeni nəfəsi, ifalarının qaynar ruhu ən fərqli ölkələrdə insanları vəcdə gətirib, qəlblərdə Azərbaycanın musiqi sənətinə rəğbət hissi oyandırıb. Vaqif Mirzəyevə ilk sualımız bu olur: "Necə oldu ki, məhz nəfəs alətini seçdiniz?" və bu suala cavabı ilə söhbətə körpü saldıq. Vaqif Mirzəyev öz sənətindən, görüb-götürdüklərindən söz açdı.

- Mərdəkanda 1953-cü ildə musiqiçilər ailəsində anadan olmuşam. 1972-ci ildə 123 saylı Mərdəkan orta məktəbini bitirmişəm. Paralel olaraq 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olmuş, 1971-ci ildə həmin məktəbin klarnet ixtisasına malik olmuşam. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdim.

Bizim ata nəslimiz musiqiçi olub: babam xanəndə olub, atam və əmilərim nağara çalıblar. Mən də uşaqlıqda nağara çalırdım. Bizim evimizə Şəmsi İmanov, Sücəddin İsmayılov, Adil Bayramov kimi çox böyük klarnet ustaları gəlib-gedirdilər. Nəsə, mən klarneti çox sevdim, onu da ilk dəfə olaraq sizə açıqlamaq istəyirəm ki, ilk klarneti mənim üçün Eyyub Ağayev alıb. Eyyub əmi də gözəl klarnet ifaçısı idi, atamla toylara gedərdi. Maraqlısı da odur ki, yeddi yaşımda klarneti əlimə götürən kimi "Lalələr"i ifa etmişəm.

- Bilirik ki, Azərbaycanın musiqi sənətini bir sıra ölkələrdə keçirilən festivallarda təmsil etmisiniz. Heç özünüz musiqi bəstələmisiniz?

- Gənclikdə 5-6 rəqsin ora-burasını düzəldib ifa etmişdim, amma buna bəstə deməzdim.

REKLAM

Bəstəkar çox böyük sözdür.

- Pedaqoji fəaliyyətlə necə, məşğulsunuz?

- Yox, olmuram. Bir ara olurdum. 12 saylı musiqi məktəbində bir neçə il dərs vermişəm.

- Pedaqoji fəaliyyətə nə mane olur ki?

- Mən özüm həmişə daha çox öyrənməyə can atmışam və müəllimlik etməyə həvəsim olmayıb. Öz oğlum klarnet sinifini bitirib, amma mən ona bir damcı da olsa bir şey öyrətməmişəm. Bu yaxınlarda kamança ustadımız Habil Əliyev gözəl bir söz söylədi: "Müəllim var, dərs deyir, tələbələri olur, müəllim də var, dərs demir, tələbələri olur". Doğrudan da indi elə gənc klarnet ifaçılarımız var ki, mənim ifamı izləyib, məndən öyrəndiklərini gizlətmirlər. Hətta cavan bir oğlan verilişə çıxmışdı, aparıcı ona sual verəndə ki, kimin tələbəsi olmusunuz, cavab verdi ki, Vaqif Mirzəyevin. Halbuki biz həyatda tanış belə deyildik. Sonra ifasını dinlədim və mənim kimi ifa etdiyinə fikir verdim.

- Hansı sənətkarları müşayiət etdiyiniz üçün fəxr edirsiniz?

- Mən neçə il "Humayun" ansamblında böyük sənətkarımız, xanəndə Əlibaba Məmmədovu müşayiət etmişəm. 1987-ci il Moskvada Azərbaycan günləri keçirilirdi. Mən, Alim Qasımov və aşıq qrupu yola düşmüşdük. Sütunlu Salonda çıxış etmişdik və mən solist-klarnetist adına layiq görüldüm. Ondan sonra "Azərbaycan təranələri" ansamblını yaratmışdım.

- Ansambl yaratmaq çoxmu çətindir?

- Bilirsiniz, hər zaman tək ifanı sevmişəm. Hətta bir zamanlar toyları tək klarnet ifaçısı da idarə edərdi və xalq ona Ustad deyərdi. Ona görə həmişə tək ifa etmək fikrim olub. Amma tale elə gətirdi ki, "Azərbaycan təranələri"ni yaratdım və bu ansambl bu günə kimi fəaliyyətdədir. Bu ansamblla mən dünyanın bir çox ölkələrini gəzmişəm və 7 festivalın laureatı olmuşam.

- Bəlkə bu festivallarda baş verən ən yaddaqalan halları bölüşəsiniz?

- Hər zaman çalışmışam həmin festivallardan qələbə ilə qayıdım, musiqi sənətimizin adını yüksəldim. 1970-ci ildə Moskva Qurultaylar sarayında Ümumittifaq festivalının iştirakçısı idim və festivalın laureatı adına layiq görüldüm. Ondan sonra yenə də Moskva şəhərində keçirilən 2-ci Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşam.

Süleyman Ələsgərovun bəstələdiyi "Yeddi qızım, biri pəri" adlı musiqisi var, Allah aktrisamız Nəsibə Zeynalovaya rəhmət etsin, bu rəqsi filmdə oynayıb və çox fəxr edirəm ki, o rəqs edəndə mən onu müşayiət edirdim. Bu musiqi türklərin diqqətini cəlb etmişdi və onlar məni Türkiyəyə bu rəqsi çəkməyə dəvət etdilər, mən də bu dəvəti çox böyük məmnuniyyətlə qəbul etdim. Mən Ələkbər Tağıyevin bir çox mahnılarını rəqs havası kimi ifa etmişəm. Və Türkiyəyə yola düşəndə özümlə onun bəstələdiyi "Bülbül" kompozisiyasını aparmışdım. Dünyanın biz çox ölkələri bu festivalda iştirak edirdi. Qəribəsi odur ki, tamaşaçılar ispan, amerikan və bir çox musiqiləri dinlədilər, amma heç bir coşqu yox idi. Ələkbər Tağıyevin "Bülbüllər"inin sədası gələn kimi məni alqış yağışına tutdular və mənim bu ifamı festivalın himni kimi seçdilər. Bu, başıma gələn maraqlı əhvalatlardan biri idi.

Böyük fəxr hissi ilə onu da qeyd etmək istəyirəm ki, mən Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil etmişəm və bir sıra diplomlara layiq görülmüşəm.

- Övladlarınız necə, bu sənəti davam etdirirlər?

- Böyük qızım Vüsalə televiziya rejissorudur, ikinci qızım mədəniyyətşünasdır. Oğlum isə klarnet ifa edə bilsə də, başqa sahədə çalışır.

- Bizim toylarımızda keçmiş adət-ənənələr çoxmu dəyişilib?

- Mən 8 yaşımdan toylarda iştirak edirəm. Toylar hamımızın yaralı yeridir. Şəxsən mən oğlum üçün toyu Mərdəkanda, loru dildə desək, "çadırda" etdim. Hər cür imkan var idi toy etməyə, amma əsas məqsədim əvvəlki gözəl adətimizi insanlara xatırlatmaq idi: bəyi xonçanın qarşısına gətirmək, bəyi tərif etmək, xınayaxdı, toyu atəşfəşanlıqla bitirmək... Hamı toylarda olan səs-küydən giley-güzar edir. Yaxşı olardı ki, bizim gənclər gözəl toy adət-ənənələrimizi unutmasınlar.

- Yeni səfərləriniz, konsertləriniz?

- Bəli, may-iyun aylarında Nijni Novqoroda, Tatarıstana, Türkiyəyə səfərlərimiz gözlənir və mənim üçün "dayanmaq" sözü mövcud deyil (gülür).

Qeyd etmək istəyirəm ki, mənim çox böyük arzularımdan biri uşaqlar üçün rəqs yazmaq olub və bu yaxınlarda onlar üçün Ağabacı Rzayevanın bəstələdiyi "Kukla" mahnısını rəqs formasında ifa etmişəm, uşaqlar da ifa ediblər. Bildiyiniz kimi, bu il "Uşaq ili" elan olunub və məhz bu layihə ilə mənim arzum üst-üstə düşdü, çünki düşünürəm ki, uşaqların qayğısına qalmaq lazımdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Yaşıla boyanmış görkəminə qarşı təvazökar Qazax
İki günə dolu-dolu sığdırılmış yaşam...

Balabançı Əlixan Bakı auditoriyasına çıxacaq
Bu konsert noyabrın sonlarına planlaşdırılır

Qazax teatrı ilk dəfə yerli müəllifin əsərinə müraciət edib
Hazırda isə iki əsər üzərində məşqlər davam edir

"Eurovision" iştirakçısı 46 namizəddən seçiləcək
Namizədləri dinləmək mərhələsi keçirilib

Gülyanaq Məmmədova cəngavərlik edəcək
Sənətçi Opera və Balet Teatrının təklifindən imtina etməli olub

Maqsud Ibrahimbəyovun hekayəsini oğlu ekranlaşdirir
Yazıçı Maqsud İbrahimbəyovun "Qardaşdan yaxşısı olmayıb" hekayəsi ekranlaşdırılır.

Azərbaycanlı aktrisa Özcan Dənizlə seriala çəkilir
Nəsrin müğənni ilə baş rolu paylaşacaq

Nəzakət Teymurova solo konsertə hazırlaşır
Özü də Heydər Əliyev Sarayında

Kim neçə dəfə nikaha girib?
Gizlətsələr də, sirr olmaqdan çıxır

Rəqsanə Röyanı təkrarlayacaq
Müğənni 10-cu plastik əməliyyata hazırlaşır

Həkim konserti təxirə saldı
Röyanın 6 günlük konsertinin son günü baş tutmadı

Seda Sayan Paris Hiltonla qonşu olacaq
Sənətçi 640 min dollarlıq mənzilinə Qurban bayramında sahiblənəcək

Sibel Canla həyat yoldaşı arasında anlaşılmazlıq
Tərəflər boşanmağa qərar veriblər

Elizabet Teylor ürəyindən əməliyyat olunub
Dünya kinosunun "Kleopatra"sı ona dua edənlərə təşəkkürünü bildirib

Tofiq Quliyevin musiqiləri səsləndiriləcək
Gecənin əsas hissəsini bəstəkarın unudulmuş mahnıları təşkil edəcək

Xatirə İslam hicablanmaq fikrində deyil
Müğənni "Heç kim məni mövqeyimdən yayındıra bilməz" deyir

Mirzə Cəlilin ikicildliyi Naxçıvanda çapdan çıxıb
Görkəmli ədib, publisist Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərinin ikicildliyi Naxçıvanda çapdan çıxıb.

Azərbaycan nağılları Avropa ölkələrində
Qax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.

Həmyerlimiz müsabiqədə 2-ci oldu
Ankarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.

"Modern bluse band" və "Krec" Bakıya gəlir
Oktyabrın 10-11-də Bakı Caz Mərkəzində Rusiyanın "Modern Blues Band" bluz qrupunun konserti olacaq.

Naxçıvanda xalq rəqsləri və yallı notlaşdırılır
Naxçıvanda xalq rəqsləri və yallı musiqiləri ilk dəfə olaraq nota köçürüləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər