Oktyabrın 20-də "Kapelhaus" Alman Mədəniyyət Mərkəzində "Sənə "sevirəm" dedim" adlı musiqili-bədii gecə keçiriləcək. Gecədə bəstəkar Tofiq Quliyevin unudulan və eyni zamanda məşhur mahnıları səsləndiriləcək. Gecənin təşkilatçılarından olan bəstəkar-pianoçu Üliviyyə Vəliyevanın "Ayna"ya bildirdiyinə görə, tədbir bəstəkarın yaradıcılığı üzərində qurulub və onun mahnıları instrumental şəkildə tar və pianoda ifa ediləcək: "Gecənin proqramını çalışdığım Mədəniyyət və İncəsənət Universitetinin bir neçə müəllimi ilə birlikdə hazırlamışıq. Proqramı tarda Gülağa Zeynalov səsləndirəcək. Mən isə onu pianoda müşayiət edirəm. Gecə T.Quliyevin məhəbbət mahnıları üzərində qurulduğu üçün proqrama bu mövzuda şeirlər də daxil etmişik. Bədii qiraətçilər Məleykə Məmmədova və əməkdar artist Azad Şükürovun ifasında şair Ramiz Rövşən, Baba Vəziroğlu, Qabil və Nüsrət Kəsəmənlinin məhəbbət mövzusunda qələmə aldıqları şeirləri proqrama rəng qatacaq".
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.