Dünya kinosunun canlı əfsanəsi, Hollivud ulduzu Elizabet Teylor ürəyindən əməliyyat olunub. Xarici mətbuatın yazdığına görə, bu barədə aktrisa özü "Twitter" servisindəki mikrobloqunda yazıb. O, əməliyyatın son dərəcə uğurlu keçdiyini bildirib: "Elə bil ki, mənə yeni qəlb veriblər". Açıqlaması zamanı dünya kinosunun "Kleopatra"sı onun üçün dua edən pərəstişkarlarına da təşəkkür edib. Xatırladaq ki, 77 yaşlı Teylor oktyabrın 6-da xəstəxanaya aparılıb. Cərrahiyyə müdaxiləsi onun ürək qapağının funksiyasının yaxşılaşdırılması üçün həyata keçirilib.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.