Məşhur sənətçi Sibel Canın həyat yoldaşı Sülhü Aksut ilə boşanma prosesi təxirə salınıb. "Habertürk"ün yazdığına görə, Beykoz Ailə Məhkəməsindəki prosesə şikayətçi Sibel Can ilə iddialı Sülhü Aksut qatılmadığından onları vəkilləri təmsil edib. Prosesdə söz alan tərəflərin vəkilləri məhkəməyə dəlil təqdim etmək üçün müddət istəyib. Hakim tərəflərə müddət verərək, prosesi təxirə salıb. Bildirilir ki, Sibel Canın vəkili Fatma Keziban Hatemi tərəfindən Beykoz Ailə Məhkəməsinə verilən iddia ərizəsində "evliliyin təməlindən sarsıldığı və aralarında şiddətli anlaşılmazlıq" olduğu ifadə edilərək, Sülhü Aksutdan boşanmasına qərar verilməsi istənilib. Ərizədə əmlak bölgüsünün məhkəmə tərəfindən aparılması və cütlüyün oğlu Emr Aksut üçün valideynlik hüququnun Sibel Cana verilməsi tələb edilib.