Rəqsanə plastik əməliyyatlarının sayını rekord həddə çatdırmaqda davam edir. Bir neçə ay öncə 9-cu əməliyyatı keçirən müğənni bununla kifayətlənməyib. Onun açıqlamasına görə, növbəti dəfə plastik əməliyyat keçirəcək.
Yaxın ayların birində geniş konsert proqramı ilə çıxış etməyi planlaşdıran Rəqsanə auditoriyanın qarşısına yenilənən imici ilə çıxmaq arzusundadır. Plastik əməliyyat barəsində geniş danışmaq istəməyən sənətçi konsertindən söz açdı. Bildirdi ki, onun təqdim edəcəyi musiqili proqram iki hissədən ibarətdir. İlk hissədə klassik mahnıları simfonik orkestrin müşayiəti ilə təqdim etməyi düşünən Rəqsanə ikinci hissədə öz repertuarını səsləndirəcək. Xatırladaq ki, bu ideya ilə bu ilin əvvəlində Röya Heydər Əliyev Sarayında çıxış etmişdi.
Sənətçi ilə söhbətdən belə aydın oldu ki, üzündəki əməliyyatın izlərinin tamamilə keçməsini gözləyir. Bu mərhələ başa çatandan sonra həkimini məlumatlandıracaq və onun səfərinin vaxtı təyin ediləcək.
Rəqsanənin sözlərinə görə, plastik əməliyyatın bu mərhələsində onun üzündəki xırda məsamələr aradan qaldırılacaq. Onu da bildirdi ki, sıx-sıx əməliyyat keçirməsi səhhətində az da olsa arzuolunmaz izlər buraxır. Buna baxmayaraq, özünü incəsənətə qurban verməkdə israrlıdır.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.