Kim neçə dəfə nikaha girib?
 |
Gizlətsələr də, sirr olmaqdan çıxır
Şənbə, 10.10.2009
|
|
mətn ölçüsü |
|
|
|
Dünya mediasında bu hər zaman diqqətdə olan mövzulardır. Məsələn, Qərbdə çoxları bunu bir sirrə çevirmir. Bizdə isə nədənsə onların çoxu hər zaman öz şəxsi həyatlarını mümkün qədər qapalı tutmağa çalışır, keçmişləri ilə bağlı hər hansı bir məlumatın yayılmasını istəmirlər. Onların bəziləri bir neçə dəfə ailə həyatı qursalar da, onları sevənlər bu barədə çox vaxt lap az bilgiyə malik olurlar. Amma hər halda maraqlıdır: bizim ünlülərin hansı neçə dəfə nikahda olub, hansısa bir evliliyə nə səbəbdən son qoyulub? Medianın, paparatsilərin öz işi var, onlar öz işlərindədir. Heç bir eşq macərası onlardan gizli qalmır. Bir də ki, Azərbaycan Amerika deyil, balaca bir ölkədir. Mövzu ilə bağlı APA da sorğu aparıb və onun sorğusu bu dəfə bizə yardımçı oldu.
Yaşlı nəsildən - Xalq artisti İlhamə Quliyevadan başlayaq. İlhamə xanım ötən əsrin 90-cı illərinin əvvəllərində qısamüddətli ailə həyatı qurub. Bu evlilik zamanı hətta həyat yoldaşının soyadını - Mirmövsümova soyadını daşıyıb. Onun həyat yoldaşı isə Faiq Mirmövsümov olub. Bu evlilikdən sonra İlhamə xanım yenidən öz əvvəlki "Quliyeva" soyadına qayıdıb. Xalq artisti Flora Kərimova rəsmən üç dəfə ailə qurub. Bu evliliklərin nəticəsi eyni olub - hər üç həyat yoldaşı dünyasını dəyişib. Flora xanımın üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.
Xalq artisti Aygün Kazımova 1989-cu ildə ailəsindən xəbərsiz sevdiyi İlqara qoşulub qaçıb. Sonradan İlqardan ayrılıb, lakin bu ayrılıq rəsmiləşməyib. Bunun ardınca xalq artisti keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşayıb. Məhz R.Quliyevin qadağalarına görə həmin müddətdə A.Kazımova sənətdən ayrı düşüb. Sonradan R.Quliyevdən də ayrılan sənətçi, nəhayət, beş il əvvəl - 2004-cü ildə rəsmi evliliyə son qoyub. A.Kazımovanın ilk evliliyindən İlqarə adında bir qızı var. Hazırda isə xalq artisti meyxanaçı Namiq Qaraçuxurlu ilə birlikdədir. Aygün Kazımovanın qeyri-rəsmi birlikdə olduğu və eyni evdə yaşadığı Namiq Qaraçuxurlu da bir dəfə rəsmi nikahda olub. Artıq rəsmi şəkildə boşanan meyxana ustasının həmin evlilikdən Ülvi və Ümid adlı iki oğlu var. Lakin oğullarının qayğısı ilə məşğul olmaqdan imtina etdiyi deyilir.
Dram aktrisası, xalq artisti, eyni zamanda müğənni kimi çalışan Məleykə Əsədovanın bir iş adamı ilə ailə həyatı qurması böyük səs-küy yaratmışdı. Bu şəxs ondan əvvəl ailəli olub və övladları var. Məleykə Əsədova da ailə qurarkən bundan xəbəri olub. Çox qısa müddət davam edən bu evlilikdən M.Əsədovanın bir qızı dünyaya gəlib. Aktrisa ailə həyatının sona çatmasını uzun müddət gizlətsə də, sonradan bunu təsdiqləyib və günahkar tərəf olaraq uşağının atasının adını çəkib. Onu yalanlar söyləməkdə ittiham edib. Xalq artisti Zülfiyyə Xanbabayevanın ilk evliliyi 90-cı illərə təsadüf edir. Aydın adlı şəxslə ailə həyatı qurub. Sonradan ilk ailə həyatına rəsmən son qoyan Z.Xanbabayeva uzun müddətdən sonra ikinci evliliyə imza atıb. O, "Simurq" futbol klubunun prezidenti Zaur Məmmədovla evlənib. Hazırda da davam edən bu evlilikdən xalq artistinin Dəniz adlı bir qızı var. Bu oktyabrda qızının 2 yaşını qeyd edəcək. Müğənni Nura Suri isə rəsmi olaraq üç dəfə ailəli olub. İkinci evlilikdən iki oğlu, üçüncüdən isə bir oğlu dünyaya gəlib. Nura üçüncü evliliyini davam etdirir. Almaz Ələsgərli bir dəfə rəsmən ailəli olub..
|
|
|
Oxşar xəbərlər:
Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
"Maşın" realiti-şou 9-cu sürəti ilə efirə qayıdır
Ailə qurmaq istəyirdi, adam öldürdü
|
|
|