Opera və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurova növbəti solo konsertinə hazırlaşır. Xanəndənin bildirdiyinə görə, yeni layihəsində köhnə ənənələrdən bəhrələnəcək:
"Xatırlayırsınızsa, mənim ötən illərdə verdiyim iki konsertim Qara Qarayev adına Kamera Orkestrinin müşayiəti ilə səslənmişdi. Hər iki proqramı bəstəkar-pianoçu Ceyhun Allahverdiyev və "Xarı bülbül" ansamblının rəhbəri Əliağa Sədiyev hazırlamışdılar. Budəfəki konsert də köhnə ənənələr üzərində qurulacaq. Belə ki, proqrama daxil edilən muğam, təsnif və xalq mahnıları klassik improvizələrə əsaslanaraq hazırlanır".
Nəzakət Teymurova repertuara bir muğamın dəsgah şəklində daxil edildiyini bildirdi. Hazırda məşqləri davam edən proqramın təqdimetmə tarixi hələ bəlli deyil. Konsertin ifaçısı bunun oktyabrın sonlarına kimi bəlli olacağını bildirdi. Onun məkan seçimi isə çox güman Heydər Əliyev Sarayı olacaq.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.