Əməkdar artist Gülyaz və Gülyanaq Məmmədova bacılarının yeni albomu tezliklə işıq üzü görəcək. Gülyanaq Məmmədovanın bildirdiyinə görə, albomda yer alacaq muğamlardan - "Çahargah", "Bayatı-Şiraz", "Hümayun"u dəsgah şəklində lentə yazdırırlar:
"Rəşid Behbudov adına Mahnı Teatrı ansamblının bədii rəhbəri Kamil Vəzirov mənə dedi ki, səsimdə cəngavər qadının ifa imkanları var. Bu səbəbdən mənə "Çahargah"ı yazdırmağı tövsiyə etdi. Həmin muğamı vaxtilə Gülyaz Məmmədova ilə birlikdə müasir improvizələrlə lentə yazdırmışdıq. Lakin bu dəfə "Çahargah" klassik şəkildə təqdim ediləcək".
Söhbət zamanı Gülyanaq Məmmədova vurğuladı ki, ona dəfələrlə Opera və Balet Teatrından iş təklifi gəlib. Teatrın rejissoru Hafiz Quliyev onu "Leyli və Məcnun", "Gəlin qayası" və bir sıra milli operalarda baş qəhrəman obrazında çıxış etməyə dəvət edib. Lakin Gülyanaq xanımın solist olduğu Mahnı Tearındakı gərgin iş qrafiki onun başqa teatrda işləməsinə vaxt etibarilə mane olur. Eyni zamanda, iki uşaq anası olan G.Məmmədova onların qayğısına da vaxt ayırmalıdır.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.