2010-cu ilin mayındakı "Eurovision" müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün yeni milli seçim keçirilib. Bu barədə açıqlama verən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov bildirir ki, bu, milli seçimlərin ikinci turu deyil, yeni namizədlərin dinlənməsi mərhələsi hesab olunur:
"Milli seçimlərin növbəti mərhələsi ötən gün İTV-də yerli təşkilat komitəsinin iştirakı ilə keçirilib. Təşkilat komitəsi sözügedən müsabiqəyə qatılmaq istəyən gənc sənətçilərin müraciətləri nəzərə alınaraq, milli seçim turunda əlavə seçim turu keçirilib. Təşkilat komitəsi o namizədləri dinləmək qərarına gəlib və buna görə də dinləmə keçirib. Bundan öncə olan dinləmə kimi bu dəfə də qatılanların çıxışları lentə alınıb, onların fikirləri dinlənilib və yeni namizədlərlə söhbətlər aparılıb". T.Məmmədovun sözlərinə görə, bu mərhələdə avqustun əvvəllərində keçirilmiş dinləmələrdə iştirak edənlər yox, yeni namizədlər iştirak edib. Azərbaycanın "Eurovision-2010" müsabiqəsində təmsilçisi məhz yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşəcək. Şöbə müdiri qeyd edib ki, dünənki əlavə dinləmədə daha 8 namizəd dinlənilib. Onlardan 6-sı solo ifaçı, ikisi isə qrup şəklindədir. "Eurovision-2010" müsabiqəsinin Azərbaycan təmsilçisinin adının bu ilin noyabrında açıqlanması gözlənir. Bu dəfə "Eurovision-2010" müsabiqəsində iştirakçı 46 namizəd arasından seçiləcək.
Azərbaycan nağılları Avropa ölkələrindəQax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.
Həmyerlimiz müsabiqədə 2-ci olduAnkarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.