Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Yaşıla boyanmış görkəminə qarşı təvazökar Qazax
Yaşıla boyanmış görkəminə qarşı təvazökar Qazax
İki günə dolu-dolu sığdırılmış yaşam...
Şənbə, 10.10.2009

Yasemin Bayer mətn ölçüsü  

Axşam sərinliyində, dəvət edildiyimiz evin kiçik ormanın kənarındakı bağçasında hovuzdan gələn suyun şırıltısı, göy üzündəki ulduzların parıltısı altında, böyük bir səylə hazırlanmış masada şam edərkən professor Peter Rasselin "The Brain Book" adlı kitabda yazdığı "İnsan beyni 140 milyard hüceyrədən təşkil olunan kiloyarımlıq bir möcüzədir" sözü gəldi ağlıma. Gördüklərimizi, öyrəndiklərimizi, yaşadıqlarımızı və təcrübələrimizi bir yerə yığıb saxlayan beyin. Artıq gördüyümüz hər şeyi qeyd etməyə hazırdı sanırdım beynimiz. Sabah tezdən öncə Koroğlu Qalasına getdik. Komandirdən izin alaraq qalanın təpəsinə çıxıb növbətçi əsgər Ruslanın müşayiəti ilə Qazaxın ucsuz-bucaqsız bərəkətli torpaqlarını seyr etdik. Onlarla birlikdə şəkil çəkdirdik. Oğlumun da yaxınlarda əsgərliyə gedəcəyini düşündükdə, yağan yağışın heç fərqinə varmadan, yoxuş aşağıya qədər yürümüşdük. İnsan çocuqlarını düşündükdə hər şey önəmini itirirmiş, iştə elə bir şey...

Olimpiya Mərkəzində bizi gəzdirən idarəçi, keçən günlərdə Fatih Terim ilə və hətta keçən il "Qalatasaray"ın basketbolçusu Çarlz Qeyns ilə müsahibəni də oxuduğunu söylədikdə, məmnun oldum. Ardından şəhərin mərkəzində Qazaxın yetişdirdiyi on iki ziyalının büstlərinin qoyulduğu Mütəfəkkirlər Parkına getdik: ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilov, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidov, ilk artilleriya generalı Əli ağa Şıxlinski, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev, saz ustası Ədalət Nəsibov, xalq şairi Osman Sarıvəlli, akademik Teymur Bünyadov, xalq yazıçısı Mehdi Hüseyn, xalq yazıçısı İsmayıl Şıxlı, xalq şairi Mirvarid Dilbazi, xalq yazıçısı Yusif Səmədoğlu. Ünlü ziyalıların ikitərəfli, bir-birinə paralel büstlərinin bulunduğu yerdən bir az uzaqda Molla Vəli Vidadi və Molla Pənah Vaqifin heykəlləri yer alır. Bir az o tərəfdə Səməd Vurğunun heykəli.

Ardından bugünədək heç bir yerdə görmədiyimiz son dərəcə möhtəşəm Dədə Qorqud Parkına getdik. Ulu öndər Heydər Əliyevin "Dədə Qorqud" dastanının 1300 illik yubileyi ilə əlaqədar 21 fevral 1999-cu ildə imzalamış olduğu sərəncamla Qazaxın şərq tərəfdən girəcəyində Dədə Qorqud Meydanı salınmışdır. Bu park 2005-ci ildə yenidən qurulmuş və 12 boyu əks etdirən kompozisiya yaradılmışdır. Ramiz Məmmədov tərəfindən yapılan özünəməxsus Dədə Qorqud heykəlinin hündürlüyü 9 metrdir. Boyların hər birinin məzmununun həm Azərbaycan türkcəsi, həm ingiliscə verilməsi çox ağıllıca düşünülmüş.

REKLAM

Beləliklə, parkı ziyarət edən hər kəsin bu boylar haqqında məlumatlandırılması təmin olunmuş. Bu məlumatların ingiliscəsi də yenə qazaxlı müəllimlər tərəfindən hazırlanmış. Bu gözəl parkların ikisini də yenə Qazax rayon İcra Hakimiyyəti başçısı Rauf Hüseynov 2005-ci ildə iş başına gələr-gəlməz yapdırmışdır. Mütəfəkkirlər Parkında dolaşarkən Hüseyn Arifin sanki illər sonrasında görürmüş kimi yazdığı sətirləri keçdi ağlımdan:

Axtar babaları, axtar, Hüseyn,

Bir gün də nəvələr axtarar səni.

Rauf Hüseynov da bu ziyalıların nəvəsi olaraq köklərinə sahib çıxmış və onları Qazaxın mərkəzində hər kəsin gəzib ziyarət edə biləcəyi bir məkanda yaşatmağa davam edir. Onun köklərinə göstərdiyi diqqəti və sayğını alqışlamaq gərək.

Şəhərin mərkəzindən ayrılıb kəklikotu qoxusuyla, qıvrıla-qıvrıla gedən çığırlardan keçərək Göyəzən dağına vardıq. Dağın təpəsinə doğru dırmanarkən, çox əski zamanlardan qalma divarlar gördük. Dağa çıxmaq, dağ havası almaq, ardından cəld hərəkətlərlə aşağıya enmək uzun zamandır yaşamadığımız kefli bir duyğuydu. Oradan Əskipara istiqamətinə gedən yolla Abbasbəyli köyünün yanındakı növbətçidən izin alıb evləri yaxılıb-yıxılmış və bu gün yalnızca xatirələri qalan Qızılhacılı köyünə və onun həmən yanında yüksələn Satılmış dağında sərhəddə növbə çəkən əsgərlərə baxdıq durbinlə. Arxamızda insanı hüznləndirən Qızılhacılı köy qəbiristanlığı. Qızılhacılı köyünün camaatı bu gün də buraya basdırılmaq istəyir. Düşmənə bir güllə məsafəsində olan qəbiristanlıqdan başqa yerə basdırılmaq istəmir. Kaş ki bu acılar yaşanmamış olsaydı, insanlar orada yaşaya bilsəydi...

Yağmur getdikcə güclənir. Birinci Şıxlı köyündən Qırmızı Körpüyə yollandıq. Xram çayının kənarında durub Türkiyəyə gedən traylerlərə və avtomaşınlara baxdıq. Dönüş yolunda Molla Vəli Vidadinin məzarını ziyarət etdik. Sonunda İsmayıl Şıxlının bir zamanlar ata evinin olduğu yerə vardıq. "Ölən dünyam" əsərində adını oxuduğumuz, görüntüsüylə gəmiyə bənzəyən Gəmiqayanın və Kür çayının kənarında burada yaşanmış olanları və yaşana bilər olanları düşünərək yeridik. Cahandar ağanın mal-mülkünün, atının, evinin yerləşdiyi Ağalıq...İkinci Şıxlı köyündə İsmayıl Şıxlının atasının müəllimlik etdiyi, özünün çocuqkən koridorlarında qaçdığı məktəbi ziyarət etdik. Məktəb o vaxtdan bu yana təmir edilmiş, şəklini dəyişdirmişdir, amma məktəbin müdiri bizə məktəbi dolaşdıraraq bilgi verdi. Dönüş yolunda Yuxarı Salahlı köyündə Səməd Vurğun Poeziya Evini də görmə fürsətimiz oldu. Ən son dayanacağımız İsmayıl Şıxlının 1936-cı ildə müəllimlik etdiyi Kosalar köyü oldu. Qurudlu xəngəl hazırlamışdılar, özəlliklə bizlərin bu yeməyi öyrənməsi üçün. Və təbii ki, İsmayıl Şıxlının çalışdığı Kosalar məktəbini görmədən keçə bilməzdik. Gecədən xeyli keçmiş məktəbi ziyarət etdik. Hətta məktəbə bir də "Dəli Kür" romanının Türkiyə türkcəsində yayımlanmış olanını hədiyyə etdik. "İsmayıl Şıxlı məktəbi" yazılmış lövhənin önündə birlikdə şəkil çəkdirdik.

Bir gün içində dünya qədər yer görmüşdük. Ağköynəkdə qonaq qaldığımız evə qayıdanda yenə bağçada oturub çay içdik. Göy üzü tünd lacivərd rəngə bürünmüşdü, yağışın şırıltısı, bizim nəşəli səslərimiz bir-birinə qarışmışdı, hər kəs özünə görə kefikök və rahat idi. Bizim üçün hazırlanmış qonaq otağının səliqə-sahmanı, hərarəti, pəncərələrdən görünən meyvə ağacları ünlü bir rəssamın əlindən çıxmış tablo kimiydi. Qar kimi bəmbəyaz və müşk qoxulu yatağımızda mışıl-mışıl yuxuya daldıq.

Bayramın ikinci günü Aslanbəylidə ziyarətgaha getdikdə, qapıda duran ufacıq boylu, ahıl yaşlı nənə Türkiyədən gəldiyimizi bilincə "Ah, Türkiyədəki yağmurlar, sellər çox zərər verdi. İndi orada adamlar nə təhərdir?" - deyə soruşdu. Bu nənənin Türkiyəyə göstərdiyi diqqət və sevgi bizləri həm sarsıtdı, həm də duyğulandırdı.

Ağstafada Zəlimxan köyündə sevdiyimiz bir dostumuzun doğması olan bir gəncin toyuna dəvət edilmişdik Bakıda bir həftə öncə. Poylu köyünün kənarından keçib, köhnə pivə fabrikinin yanından qıvrılıb toy evinə gəldik.

Bu bölgənin qadınlarının mehriban, sevgi dolu qara gözlərini, güclü, amma təvazökar duruşlarını və qonaqsevər davranışlarını hər an hiss edirdik. Eynilə bölgənin sahib olduğu bərəkətli torpaqların görkəmli yaşılına rəğmən təvazökar olması kimi... Görgülü, bilgili, həyatda çox şeyə sahib olmuş insanların təvazökar olduğu çocuqluğumuzda öyrədilmişdi. Və çocuqluğumuzdan bir təvazökarlıq insanlarda ən sayğı duyduğum xasiyyətlərdən biridir. Hər kəsin öyrənməyi bacarmadığı təvazökarlıq böyük bir ərdəm... Mövlananın sözləri gəldi ağlıma: "Təkəbbür nədir? Özündən xəbərsizlikdir! Günəşdən xəbəri olmayan buz kimi..."

Otağımızın böyük pəncərəsindən gördüyüm alma, heyva və zoğal ağacları onun sözlərini çağırdı: "Dünya bir ağaca bənzər. Biz də bu ağaclardakı yarı kal, yarı dəymiş meyvələr kimiyik".

Bakıya dönərkən yaddaşımızda toplanan mutlu anlar, tanımaqdan məmnun olduğumuz insanlar, böyük bir incəliklə qonaq edildiyimiz sevgi dolu məkanlar, Qazaxın təvazökar görkəmiylə iki günə dolu-dolu sığdırılmış yaşam...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qərb səfəri

Fərəhli kəndinin "fərəhsiz" günləri

Sumqayıt və Aktau qardaş oldu

Qazax teatrı ilk dəfə yerli müəllifin əsərinə müraciət edib

Bölmənin digər xəbərləri
 
Balabançı Əlixan Bakı auditoriyasına çıxacaq
Bu konsert noyabrın sonlarına planlaşdırılır

Qazax teatrı ilk dəfə yerli müəllifin əsərinə müraciət edib
Hazırda isə iki əsər üzərində məşqlər davam edir

"Eurovision" iştirakçısı 46 namizəddən seçiləcək
Namizədləri dinləmək mərhələsi keçirilib

Gülyanaq Məmmədova cəngavərlik edəcək
Sənətçi Opera və Balet Teatrının təklifindən imtina etməli olub

Maqsud Ibrahimbəyovun hekayəsini oğlu ekranlaşdirir
Yazıçı Maqsud İbrahimbəyovun "Qardaşdan yaxşısı olmayıb" hekayəsi ekranlaşdırılır.

Azərbaycanlı aktrisa Özcan Dənizlə seriala çəkilir
Nəsrin müğənni ilə baş rolu paylaşacaq

Nəzakət Teymurova solo konsertə hazırlaşır
Özü də Heydər Əliyev Sarayında

Kim neçə dəfə nikaha girib?
Gizlətsələr də, sirr olmaqdan çıxır

Rəqsanə Röyanı təkrarlayacaq
Müğənni 10-cu plastik əməliyyata hazırlaşır

Həkim konserti təxirə saldı
Röyanın 6 günlük konsertinin son günü baş tutmadı

Seda Sayan Paris Hiltonla qonşu olacaq
Sənətçi 640 min dollarlıq mənzilinə Qurban bayramında sahiblənəcək

Sibel Canla həyat yoldaşı arasında anlaşılmazlıq
Tərəflər boşanmağa qərar veriblər

Elizabet Teylor ürəyindən əməliyyat olunub
Dünya kinosunun "Kleopatra"sı ona dua edənlərə təşəkkürünü bildirib

Tofiq Quliyevin musiqiləri səsləndiriləcək
Gecənin əsas hissəsini bəstəkarın unudulmuş mahnıları təşkil edəcək

Müəllim var, dərs demir, tələbələri olur
Ölkənin bir çox klarnetistləri ifanı Vaqif Mirzəyevdən, onun "Azərbaycan təranələri"ndən öyrənib

Xatirə İslam hicablanmaq fikrində deyil
Müğənni "Heç kim məni mövqeyimdən yayındıra bilməz" deyir

Mirzə Cəlilin ikicildliyi Naxçıvanda çapdan çıxıb
Görkəmli ədib, publisist Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərinin ikicildliyi Naxçıvanda çapdan çıxıb.

Azərbaycan nağılları Avropa ölkələrində
Qax Dövlət Kukla Teatrı ilə Estoniyada fəaliyyət göstərən kukla teatrının təmsilçiləri arasında birgə əməkdaşlıq yeni mövsümdə də davam etdirilir.

Həmyerlimiz müsabiqədə 2-ci oldu
Ankarada musiqi təhsilini davam etdirən gənc azərbaycanlı musiqiçi, Prezident təqaüdçüsü Elvin Qəniyev növbəti beynəlxalq müsabiqədə Azərbaycanı uğurla təmsil edib.

"Modern bluse band" və "Krec" Bakıya gəlir
Oktyabrın 10-11-də Bakı Caz Mərkəzində Rusiyanın "Modern Blues Band" bluz qrupunun konserti olacaq.

Naxçıvanda xalq rəqsləri və yallı notlaşdırılır
Naxçıvanda xalq rəqsləri və yallı musiqiləri ilk dəfə olaraq nota köçürüləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər