Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Müəllimlərin bayramı, yaş senzi və attestasiya
Müəllimlərin bayramı, yaş senzi və attestasiya
Radikal addımlar qaçılmazdır
Şənbə, 10.10.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Oktyabrın 5-də Müəllimlərin peşə bayramı idi. Biz müəllimlər sözünü böyük hərflə yazdıq. Çünki müəllimlik bütün xalqlarda ən hörmətli peşə sayılır. Bu münasibətlə TN bazar ertəsi törən keçirdi, bir sıra müəllimlər dövlət adından mükafatlandırıldı. Nazir Misir Mərdanovun bu münasibətlə söylədikləri isə bütün həftə ərzində medianın diqqət mərkəzində oldu.

Şübhəsiz, bu peşə bayramı əsl Müəllimlərə aiddir, "müəllimlərə" - ali və orta məktəblərdə bu ada ləkə gətirənlərə aid deyildir. Biz fədakar, öz peşəsinə sədaqətli olan müəllimlərimizin qarşısında hörmətlə baş əyirik.

Açıqlanan rəqəmlərə görə, öu gün Azərbaycanda 4569 məktəbdə 1427 910 şagird oxuyur. Onlara 170000 müəllim dərs deyir. Təkcə bu il 125 114 şagird birinci sinfə getmişdir. 37 dövlət ali məktəbində 110670 tələbə oxuyur. Daha 19690 tələbə 16 özəl ali məktəbdə oxuyur. Dövlət ali məktəblərində 12450, özəl ali məktəblərdə - 1960 müəllim çalışır.

Bir də bu gün ölkənin ali və orta məktəblərində çağdaş anlamda müəllim adını doğrultmayanlar, günün tələbləri ilə ayaqlaşmaq istəməyənlər, yaxud bunu bacarmayanlar var. Onlarla nə edək? Azərbaycan toplumunda müəllimlərin böyük kütləsinin, özəlliklə də kənd rayonlarında, müasir tələblərə cavab vermədiyi, çoxunun pensiya yaşını çoxdan ötdüyü və müasir texnologiyanı mənimsəməyə psixoloji baxımdan hazır olmadığı sarıdan ciddi narahatlıq var. Bu adamlar ştatı işğal edir, dövlətdən maaş alır, uşaqlara isə heç nə öyrətmir və ya öyrətmək iqtidarında deyil. Onlar öz fərdi yaşayışlarını təmin etmək üçün həm pensiyadan, həm də maaşdan bərk yapışır, millətin övladlarının isə onların tərəfindən faktik olaraq "kor qoyulması" onları düşündürmür.

Yəqin heç kəs bizimlə mübahisəyə qalxışmaz ki, bu gün Azərbaycanda təhsilə münasibətdə müəllimlər arasında tarixi varislik əlaqəsi qırılıb. Bu gün Azərbaycanın çoxminlik müəllim kontingentinin böyük bir hissəsini təşkil edən köhnəlmiş təfəkkürlü insanları yaşadıqları indiki zamanın fəlsəfəsini dərk etməyi bacarmayanlar da adlandırmaq olar.

REKLAM

Başqa siyasi sistem, başqa tərbiyə, başqa epoxa, yaşanmış zamanın texniki geriliyi öz sözünü deyir. Dünya çapında isə sürətlə yeniləşmə gedir. Biliklər üç-dbrd ildən bir köhnəlmiş olur. Yaşı ötmüş adamları strateji sahə sayılan təhsil məkanında saxlamaq, övladlarımızın təhsilini onlara etibar etmək millətin gələcəyi aspektində Azərbaycan dövlətinin hədəflərinə nə dərəcədə uyğundur?

Yaş senzi

Bizdə uzun illərin çək-çevirindən sonra "Təhsil haqqında" qanun qəbul edildi. Lakin onda da müəllimliyə münasibətdə bir sıra məqamlara qanunvericilik qaydasında aydınlıq gətirilmədi. Məsələn, yaş, sağlamlıq, standartlara uyğunluq və s. Fikir vermişiksə, özəlliklə "yaş senzi" bu gün təhsil nazirinə və deputatlara ən çox ünvanlanan sualdır.

İnkişaf etmiş ölkələr müəllimlərin hesabına inkişaf edib. Müəllim personasına tələb və diqqət çox yüksəkdir. Hətta sərtdir. Məsələn, Yaponiya standartlarına görə müəllim ixtisası alan kəs bu peşə ilə cəmi 8 il məşğul ola bilər. Sonra peşəsini dəyişməlidir. Yaponlar hesab edirlər ki, müəllim 8 il fasiləsiz tədrislə məşğul olduqdan sonra onun beynində bir yorğunlaşma baş verir və tədrisi artıq əvvəlki səviyyədə və ritmdə apara bilmir. Buna görə də onları məktəbdə saxlamaq olmaz. Təbii ki, dövlət bu işin maddi tərəfini və onun ixtisasını dəyişmə imkanını da optimal tərzdə həll edir.

ABŞ-ın bir sıra ştatlarında isə 18 il müəllimlik etmiş adam məhkəmələrdə şahid qismində dindirilə bilməz. Hesab edilir ki, onun beyni yorulmuşdur və yanlışlığa yol verə bilər. Burada isə insan taleyi həll olunur.

Avropa Birliyi ölkələrində müəllim hər dörd-beş ildən bir gedib imtahan verməli və təkrar sertifikat almalıdır ki, günün tələbləri ilə ayaqlaşa bilir, pedaqoji yenilikləri mənimsəyib.

Bizim məktəblərdə nə görürük? Müəllimlər üçün bu kimi şərtlər, yaş senzi qoyulmayıb. Pensiya yaşına çatdıqda, onların məktəbdən kənarlaşdırılması hüquqi cəhətdən əsaslandırılmayıb. Bu 170 minin böyük bir hissəsi pensiyaçılardır. Təhsil nazirinin gətirdiyi rəqəmə görə, ümumtəhsil məktəbləri müəllimlərinin 15 faizini (təqribən 25 min müəllim) pensiyaçılar təşkil edir. Altmışı arxada buraxmış bu insanlar zahirən nə qədər sağlam görünsələr belə, fiziki baxımdan təbii ki, "yorulmuşlar". Yetmişi, səksəni haqlayanlardan isə elələri var ki, görməsi, yaddaşı, danışığı tamam zəifləyib, yerişi çətinləşib, müasir texnologiyalar barədə təsəvvürü yoxdur, amma məktəbə gedib-gəlir.

Bir misal: bizimlə eyni vaxtda SSRİ-dən qopmuş olan Baltikyanı ölkələrdə bu gün kompüter savadı olmayan müəllim qalmayıb. Onlar müasir texnologiyaları və metodikaları dövlətin qarşıya qoyduğu sərt bir tələb olaraq mənimsəyiblər. Minimum olaraq, elektron poçtdan istifadə edə bilər, internetdə axtarışlar aparır, kompüterdə yazı-pozu işlərini bilir və s. Bizim yaşlı müəllimlərdə bu faiz necədir görəsən?

Bu gün Azərbaycanda yaş senzinə baxışda qanunvericilər arasında "fərdi yanaşma" tərəfdarları üstündür. Bu baxış subyektivlikdən yoğrulub, buna hüquqi müstəvidə bir aydınlıq gətirilməsinə ehtiyac var.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

Saxta diplomlu 172 "müəllim"

Bölmənin digər xəbərləri
 
Gəncəbasarda icmalar yenidən qeydiyyatdan keçir
Özbaşına dini fəaliyyət - olmaz!

İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
Hadı Rəcəbli: "Sağlam, işləyə bilən insanları ələbaxımlıqdan xilas etməliyik!"

Əksər məktəblər qışa hazır deyil
Ombudsman təhsil nazirinə müraciət edib

Xaricdəki abidələrimiz - həssas yerimiz
Bəs ölkədaxili abidələrimiz nə vəziyyətdədir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər