Hal-hazırda Ayna qəzetinin 10.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Əksər məktəblər qışa hazır deyil
Əksər məktəblər qışa hazır deyil
Ombudsman təhsil nazirinə müraciət edib
Şənbə, 10.10.2009

Aynurə mətn ölçüsü  

Qışın düşməsinə az qalıb. Amma orta məktəblərin əksəriyyəti texniki və təchizat baxımından mövsümə hazır deyil. Bəzilərində vəziyyət 10-15 il əvvəlki kimidir. Özəlliklə kənd məktəblərində istilik sistemi, kanalizasiya, su təchizatı, elektrik enerjisinin verilişi, kommunal infrastruktur yarıtmaz haldadır. İş o yerə çatıb ki, ombudsman Elmira Süleymanova təhsil naziri Misir Mərdanova müraciət edərək şagirdlərin qışda istiliklə təmin olunmasını xahiş edib.

Ombudsman Aparatının işçiləri yeni dərs ili ərəfəsində monitorinq keçirib. Qəza vəziyyətində olan məktəblərin həddən artıq çox olması aşkara çıxıb. Elə kənd məktəbi var ki, aşağı sinif şagirdləri qış aylarında istilik sisteminin yoxluğu ucbatından dərsə gəlmir. Yaxud valideynlər hər gün məktəbə odun parçası gətirməklə istilik problemini həll etməyə məcburdur. Odun tapılmayan məktəblər də var. Hətta bir çox kəndlərdə qaz olsa da, məktəblərə qaz xətti çəkilməsinə yerli təhsil şöbələri icazə vermir.

Elmira Süleymanova hesab edir ki, belə vəziyyətdə həmin məktəblərdə dərs keçmək düzgün deyil. Bu məktəblərdə təhsil alan şagirdlər qonşuluqdakı təhsil müəssisələrinə köçürülməlidir.

Ombudusman məktəblərlə yanaşı, uşaq bağçalarının vəziyyətindən də narahatdır. Son illərdə bağçalara diqqət göstərilmir. Kommunal xidmət və uşaqların istirahəti aşağı səviyyədədir. Bakı şəhərinin mərkəzi rayonlarındakı bağçalarda belə istilik təminatı həll olunmayıb. Qızdırıcı peçlərin istifadəsini qadağan edən rəhbərlik bu problemi elektrik qızdırıcıları ilə həll etməyə çalışır.

Mövcud problemi Təhsil Nazirliyi də təsdiq edir. Bildirilir ki, ölkədə 600 məktəb dərslərin keçirilməsi üçün yararlı vəziyyətdə deyil. TN növbəti illərdə təhsil sahəsinə ayrılan investisiyanın artırılacağına və problemin bir neçə il ərzində tamamilə aradan qalxacağına ümid edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

"Azəriqaz"da dəyişikliklər aparılacaq

Gəncə orta məktəbində dərs saatı satılır?

Orta məktəb şagirdlərində siqaretə meyil artıb

Gənc liderlər Qazağa toplaşıb

Bölmənin digər xəbərləri
 
Gəncəbasarda icmalar yenidən qeydiyyatdan keçir
Özbaşına dini fəaliyyət - olmaz!

İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
Hadı Rəcəbli: "Sağlam, işləyə bilən insanları ələbaxımlıqdan xilas etməliyik!"

Müəllimlərin bayramı, yaş senzi və attestasiya
Radikal addımlar qaçılmazdır

Xaricdəki abidələrimiz - həssas yerimiz
Bəs ölkədaxili abidələrimiz nə vəziyyətdədir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər