Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Pənah Hüseynlə İqbal Ağazadənin münasibətləri kəskinləşir
Pənah Hüseynlə İqbal Ağazadənin münasibətləri kəskinləşir
Qarşılıqlı ittihamlar davam edir
Şənbə, 03.10.2009

S.Abbas mətn ölçüsü  

"Qiyas Sadıxov Xalq Partiyasının sədr əvəzi vəzifəsini yerinə yetirir və bu partiyanı biz bir yerdə yaratmışıq. Onun millət vəkilinin köməkçisi olması, əslində, formaldır". Bunu APA-ya açıqlamasında millət vəkili Pənah Hüseyn deyib.

Ümid Partiyasının sədri İqbal Ağazadənin "Xalq Partiyasının sədri deputat köməkçisidir və bu, real müxalifətdir, amma bu qədər strukturu, proseslərdə bu qədər mövqeyi olan Ümid Partiyası müxalifət deyil?" fikrinə münasibət bildirən P.Hüseyn bildirib ki, Q.Sadıxov vaxtilə Prezident Aparatı İşlər İdarəsinin müdiri, ondan əvvəl isə AXC Məclisinin üzvü olub: "Qiyas bəy müəyyən müddət işsiz idi. Ona görə də deputat köməkçisi ştatı açılandan sonra xahiş etdim ki, bu vəzifəni tutsun. Bu məsələnin parlamentin üzvü olan İqbal bəy tərəfindən səsləndirilməsi, ola bilsin, onun əsəbi vəziyyətdə olması ilə bağlıdır. Çünki İqbal bəylə münasibətlərimiz təkcə siyasi çərçivədə deyil. Amma bir məsələni demək istəyirəm ki, deputat köməkçisi olmaq iqtidar köməkçisi olmaqdan heç də pis deyil. Mən bu sözü heç də İqbal bəyə ünvanlamıram. Amma ümumilikdə deyirəm ki, bu məsələlər barədə danışarkən ehtiyatlı olmaq lazımdır".

Pənah Hüseyn bildirib ki, 2005-ci il parlament seçkilərində ümumilikdə Ümid Partiyasının topladığı səslərdən çox səs alıbsa, bu onu göstərir ki, təkcə Pənah Hüseynin siyasi proseslərə təsiri ümumilikdə Ümid Partiyasının təsirindən az deyil: "Hesab edirəm ki, hansı vəziyyətdə olmasından asılı olmayaraq indiki şəraitdə digər partiyalarla bağlı siyasi etikaya və ədəbə riayət edərək danışmaq lazımdır. Mən hörmətli İqbal bəyin AXP və onun sədr əvəzi vəzifəsini icra edən şəxs haqqında danışdıqlarına təəssüf edirəm".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ramiz Mehdiyevin biblioqrafiyası nəşr edilib
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyi, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və M.F.Axundov adına Respublika Milli Kitabxanası tərəfindən "Ramiz Ənvər oğlu Mehdiyev" biblioqrafiyası hazırlanıb.

"Azərbaycan bayrağı İst-river sahilində"
"Exselsior" otelinin "Əlincə" salonunda bu adda kitabın təqdimat mərasimi keçirilib.

Bir əsgər minaya düşüb, digəri qayadan yıxılıb
Minaya düşən əsgər üçün vertolyot göndərilmir?

Müxalifət etiraz aksiyalarına hazırlaşır
Səbəb - metroda gediş haqqının qaldırılmasıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər