Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AŞ PA prezidentinin səlahiyyət müddəti artırıldı
Amma edilmiş dəyişiklik quruma yeni prezident seçiləndən sonra qüvvəyə minəcək
Şənbə, 03.10.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində fransalı deputat Jan-Klod Minyonun hazırladığı "60 illik təcrübənin fövqündə Avropa Şurasının gələcəyi" adlı 12017 nömrəli hesabatı dinlənib və müzakirələr aparılıb. APA-nın məlumatına görə, müzakirələrdə əsas diqqət AŞ PA sədri və qurumun komitə sədrlərinin səlahiyyət müddətinin iki ildən üç ilə qaldırılması ilə bağlı hesabatda yer alan təklifə yönəlib.

Bu hesabatda əsas maraq doğuran məqam AŞ PA prezidenti və qurumun komitə sədrlərinin səlahiyyət müddətinin yenidən iki ildən üç ilədək uzadılması məsələsidir. Məruzədə bu təklifin irəli sürülməsinin AŞ PA və qurumun komitə sədrlərinin fəaliyyətinin davamlı olmasını təmin etmək məqsədi daşıdığı vurğulanır. Bir çox parlamentarlar, xüsusilə Avropa Demokrat Qrupunun (EDG) üzvləri, o cümlədən türkiyəli və azərbaycanlı deputatlar bu paraqrafı hesabatdan çıxarmaq məqsədilə sənədə yazılı düzəlişlər təqdim ediblər.

Qeyd edək ki, gələn il AŞ PA-nın hazırkı prezidenti Luis Maria de Puçun mandatı başa çatır və prezidentliyə növbəti namizəd Avropa Demokrat Qrupunun üzvü, Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğludur. Türkiyəli deputatın namizədliyi Avropa Demokrat Qrupunun çərşənbə günü Strasburqda keçirilən iclasında irəli sürülüb. Təklif olunan dəyişiklik Avropa Demokrat Qrupunun ciddi narazılığına səbəb olub. Qeyd edək ki, 2009-cu ilin yanvar ayında AŞ PA sədrinin mandatının iki ilə endirilməsinə dair siyasi qrup sədrləri arasında centlmen anlaşma və yazılı razılaşma imzalanıb.

Prosedura görə, AŞ PA-nın növbəti sədri Avropa Demokrat Qrupundan seçilməlidir. Müzakirələrdə Azərbaycan heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycan təqribən on il əvvəl böyük ümidlər və böyük ambisiyalarla Avropa Şurasına qəbul olunub: "Biz burada dostlarımızla birgə çox işlər gördük və təbii ki, bundan qürur hissi keçiririk. Biz ölkəmizdə ölüm hökmünü ləğv etdik, bütünlüklə ölkə qanunvericiliyini dəyişdik, QHT və vətəndaş qurumları üçün yeni ab-hava yaratdıq və bütün bunlar söz azadlığının təmini istiqamətində çox vacib addımlardır. Təbii ki, bütün bunlar bu təşkilatın səyləri və dəyərləri sayəsində edilib. Mən bu təşkilatın fəaliyyətini alqışlayıram. Çünki 2005-ci ildə bu qurum mənim ölkəmin bir hissəsi olan Dağlıq Qarabağa dair bəyanat qəbul etmişdi. Mən bu təşkilatı ona görə alqışlayıram ki, burada qadın hüquqlarının pozulmasına və digər belə aktlara qarşı mübarizə aparılır. Lakin təəssüflə qeyd etməliyəm ki, bununla yanaşı digər standartlara malik olan başqa bir Avropa Şurası da var. Eyni problemlərə fərqli yanaşmalar, böyük və kiçik ölkələrə fərqli münasibət və eləcə də bu və digər siyasi partiyalara fərqli mövqe nümayiş etdirən Avropa Şurasını görürük. Məsələn, Avropa Demokrat Qrupu daxilindəki proseslərə baxın. Burada bəzi dostlarımız oyun getdiyi vaxtda oyunun qaydalarını dəyişməyə cəhd göstərirdilər. Bu da bu təşkilat üçün qəbuledilməzdir. Ümid edirəm ki, biz qurucularımızın bizə miras qoyduğu bütün bu ali dəyərləri qoruyub saxlayacağıq və biz də bunun üçün əlimizdən gələni etməliyik".

Sonda Qətnamə layihəsi bir neçə dəyişikliklə qəbul olunub. Hesabatda AŞ PA prezidenti və qurumun komitə sədrlərinin səlahiyyət müddətini yenidən iki ildən üç ilə qaldırmasına dair sözügedən 28.11 bəndinin ləğvinə yönəlmiş 2-ci və 10-cu dəyişiklik keçməsə də, bu bəndə edilmiş 12-ci dəyişikliklə "hər hansı aparılan dəyişiklik 2010-cu ilin yanvar ayında AŞ PA-ya yeni sədr seçkilərindən sonra qüvvəyə minməlidir" sözləri əlavə olunub. Bununla da AŞ PA hazırkı prezidentin səlahiyyət müddətinin iki il olmasına və üç illik mandatın 2010-cu ilin yanvarından qüvvəyə minməsinə səs verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sumqayıt və Aktau qardaş oldu

Bölmənin digər xəbərləri
 
"Kişinyovda Qarabağa dair sənəd imzalanmayacaq"
Sarkisyan yenə köhnə havaları çalır

Vətənpərvər olmaq problemi
Media və telekanalların qarşısını nə kəsir?

Dərbənddəki varlığımıza qarşı mənhus planlar
Azərbaycanlılar sıxışdırılır və ayrı-seçkiliyə məruz qoyulur

AB Qafqazla əməkdaşlığı intensivləşdirəcək
İkitərəfli münasibətlər 4 platforma üzrə davam edəcək

Cənub katerlər divizionunun analoqu şimalda
Dəniz sərhədlərimizi etibarlı şəkildə qoruya biləcəyik

Sumqayıt və Aktau qardaş oldu
Azərbaycanla Qazaxıstan arasında bir sıra yeni sənədlər imzalandı

Prezidentlərin Kişinyov görüşünə hazırlıq gedir
Həmsədrlər isə bölgədə səfərdədirlər

Cənubi Qafqazda demokratiya nə üçün lazımdır?
Rifah, təhlükəsizlik və inkişaf üçün

Türk dövlətlərinin liderləri Naxçıvana yığışdılar
Siyasi zəmində təşkilatlanmaya doğru daha bir addım atılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər