Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Cənubi Qafqazda demokratiya nə üçün lazımdır?
Cənubi Qafqazda demokratiya nə üçün lazımdır?
Rifah, təhlükəsizlik və inkişaf üçün
Şənbə, 03.10.2009


Rüfət Əhmədzadə, Qərb Universiteti
mətn ölçüsü  

Cənubi Qafqaz dünyanın zəngin və geostrateji əhəmiyyətə malik bölgələrindən biridir. İran, Türkiyə və Rusiya ilə həmsərhəddir. Həm neftlə zəngin Xəzər dənizi ilə, həm də dünya okeanına çıxışı olan Qara dənizlə əhatə olunmuşdur. Bundan başqa, bölgə digər təbii sərvətlərlə də olduqca zəngindir. Bütün bu faktorlara görə burada tarixən və elə indinin özündə böyük dövlətlərin siyasi maraqları toqquşmuşdur. Cənubi Qafqaz bu gün ABŞ, Rusiya, Türkiyə və İranın maraq dairəsindədir.

Sovet İttifaqı dağıldıqdan sonra bir çox postsovet respublikalarda avtoritar idarəçilik bərqərar olduğu halda, Mərkəzi və Şərqi Avropa dövlətləri tez bir zamanda demokratikləşdilər. Buraya Baltikyanı üç ölkə - Latviya, Litva və Estoniya da aiddir.

"Soyuq müharibə" başa çatdıqdan sonra çoxları belə hesab edirdi ki, demokratiya artıq qalib gəlmişdir. Lakin bu, belə olmadı. Postsovet ölkələrinin çoxu avtoritar idarəçilik yolu seçdi. Məsələn, Mərkəzi Asiya ölkələri, Belarus. Onlardakı avtoritarizm demokratiyanın inkişafına mane olur. Cənubi Qafqazda baş verən hərbi münaqişələr bizim bölgədə də demokratikləşməni xeyli ləngitdi.

Tarixə nəzər salsaq, görərik ki, 1918-ci ilin mayında Cənubi Qafqaz ölkələrində yaranan dövlətlərin hamısı mahiyyətcə demokratik idi. Bunların arasında ADR-in demokratiya praktikası xüsusilə diqqəti cəlb edir. Bu respublikanı yaradanlar - başda Məmməd Əmin Rəsulzadə olmaqla, dərin demokratik düşüncəyə malik liderlər idilər.

Sovet işğalı bu milli dövlətlərin süqutu ilə nəticələndi. Repressiya, zorakılıq, total nəzarət rejimi olan SSRİ-də, təbii ki, demokratiya yox idi.

REKLAM

Cənubi Qafqaza demokratiya bir də 70 illik fasilədən sonra - bu dövlətlər müstəqilliklərini bərpa etdikdən sonra qədəm qoydu. Lakin Rusiyanın öz imperiya maraqlarını önə çəkməsi və separatçılıq tendensiyalarını körükləməsi ilə 90-cı illərdən bəri bölgədə vəziyyət kəskin olaraq qalır. Bunun nəticəsi olaraq isə demokratikləşmə prosesi ləngiyir.

Cənubi Qafqazda demokratiya nə üçün lazımdır? Demokratiyanı nə üçün müdafiə etməliyik? Öncə ona görə ki, Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin qarantı demokratiyadır. Demokratiya Cənubi Qafqazda ona görə lazımdır ki, bu bölgənin xalqları sülh içərisində yaşaya bilsinlər.

Cənubi Qafqazda demokratikləşmə inkişaf etdikcə bölgə xalqlarının yaşayış səviyyəsi yüksələr. Demokratik quruluşlu cəmiyyətlərdə insanlar daha firavan yaşayırlar. Bu cəmiyyətlərdə avtoritar rejimlərdən fərqli olaraq insanın hərtərəfli inkişafına daha yaxşı şərait yaradılır. Onu da qeyd etmək gərəkdir ki, inqilabın doğurduğu demokratiya effekt vermir (ən optimal variant təkamül yoludur).

Bu gün Azərbaycan demokratiya yolu ilə irəliləyir. Ölkədə demokratik islahatlar davam edir. Azərbaycanın Qərb demokratiyası və ilk növbədə ABŞ-la əlaqələri yaxşı səviyyədədir. Qonşumuz Gürcüstan da Qərb demokratiyasına inteqrasiya kursu götürüb. Ölkədə bir sıra demokratik islahatlar həyata keçirilib. Bu gün Azərbaycan və Gürcüstanda vətəndaş cəmiyyətlərinin xeyli inkişaf etmiş olduğunu da deməliyik. Ermənistanda isə bu aspektdə dərin problemlər yaşanır.

Ümumiyyətlə, demokratiya vətəndaşlara qeyri-demokratik quruluşun vermədiyi və heç vaxt verə bilməyəcəyi hüquq və azadlıqları verir. Demokratiya yalnız idarəetmə üsulu deyil, o həm də hüquqlar sistemidir. Yalnız demokratiya şəxsiyyətə öz müqəddəratını təyinetmə azadlığı verir, yəni şəxsiyyətin özü üçün seçdiyi qanunlarla yaşamasına imkan yaradır. Yalnız demokratik idarəetmə siyasi bərabərliyin nisbətən yüksək səviyyəsini təmin etməyə qabildir.

Bu gün Cənubi Qafqazın inkişafı, uzunmüddətli sülh və təhlükəsizlik demokratik ideyaların gerçəkləşməsindən asılıdır. Əgər bölgədə demokratiya inkişaf edərsə, Ermənistan Rusiyanın mənfi təsirindən qurtularaq demokratikləşmə yoluna düşər. Öz qonşuları ilə əlaqələrini normallaşdırar və iqtisadiyyatı inkişaf edər. Demokratiya Cənubi Qafqaz ölkələrinin Qərbə uğurlu inteqrasiyası və onların suverenliyinin qorunması üçün, mövcud münaqişələrin dinc yolla həllini tapa bilməsi üçün lazımdır.

Bunları düşündükdə demokratiya Cənubi Qafqazda hökmən lazımdır. Fəqət bir iş var ki, imperiya təfəkküründən xilas ola bilməyən Rusiya heç zaman istəməz ki, onun qonşuluğunda normal demokratik dövlətlər var olsun. Çünki bu meyil istər-istəməz onun hüdudlarını da aşacaqdır. Odur ki, inkişaf etmiş ölkələr, ATƏT və digər beynəlxalq qurumlar Cənubi Qafqazda demokratiyanın inkişafı üçün daha səylə çalışmalı və yardımçı olmalıdırlar.

Hesab edirik ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin paralel olaraq normallaşması bölgəmizdə demokratiya mühitini daha da sağlamlaşdırardı. İnanırıq ki, bu proses hər üç ölkədə siyasi hakimiyyətin güc yolu ilə yox, təkamüllə, demokratik yolla əvəzlənməsinə, ictimai sabitliyin və sistemli varisliyin təmin olunmasına, dayanıqlı siyasi mədəniyyətin formalaşmasına gətirib çıxarardı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Kişinyovda Qarabağa dair sənəd imzalanmayacaq"
Sarkisyan yenə köhnə havaları çalır

Vətənpərvər olmaq problemi
Media və telekanalların qarşısını nə kəsir?

Dərbənddəki varlığımıza qarşı mənhus planlar
Azərbaycanlılar sıxışdırılır və ayrı-seçkiliyə məruz qoyulur

AB Qafqazla əməkdaşlığı intensivləşdirəcək
İkitərəfli münasibətlər 4 platforma üzrə davam edəcək

Cənub katerlər divizionunun analoqu şimalda
Dəniz sərhədlərimizi etibarlı şəkildə qoruya biləcəyik

Sumqayıt və Aktau qardaş oldu
Azərbaycanla Qazaxıstan arasında bir sıra yeni sənədlər imzalandı

Prezidentlərin Kişinyov görüşünə hazırlıq gedir
Həmsədrlər isə bölgədə səfərdədirlər

AŞ PA prezidentinin səlahiyyət müddəti artırıldı
Amma edilmiş dəyişiklik quruma yeni prezident seçiləndən sonra qüvvəyə minəcək

Türk dövlətlərinin liderləri Naxçıvana yığışdılar
Siyasi zəmində təşkilatlanmaya doğru daha bir addım atılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər