Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Prezidentlərin Kişinyov görüşünə hazırlıq gedir
Prezidentlərin Kişinyov görüşünə hazırlıq gedir
Həmsədrlər isə bölgədə səfərdədirlər
Şənbə, 03.10.2009

İ.Abbasov mətn ölçüsü  

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq və Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinə dair danışıqlar prosesinin gedişi müzakirə edilib.

Amerikalı yeni həmsədr R.Bradtke daha sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyanla da görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. S.Ohanyan münaqişənin həllini digər proseslərlə əlaqələndirməyən həmsədrlərin mövqeyini alqışlayıb.

"ATƏT Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilkin şərt irəli sürülmədən davam etməlidir". Bunu amerikalı həmsədr Robert Bradtke Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Həmsədrlərin srağagün qəbul etdikləri birgə bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ayrıca prosesdir və heç bir digər proseslə əlaqəsi yoxdur. Həmsədrlər bir daha öz ölkələri tərəfindən verilmiş bəyanatları təsdiqləyərək bildirir ki, Minsk prosesi ayrıca prosesdir, heç bir ilkin şərt irəli sürülmədən, müvafiq zaman çərçivəsində öz fərdi məntiqinə uyğun şəkildə davam etməlidir. Robert Bradtke həmsədrlərin birgə bəyanatının ABŞ-ın məsələyə uzunmüddətli baxışını əks etdirdiyini deyib: "Mən Nyu-Yorkda ABŞ-ın dövlət katibi Hillari Klinton və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşmüşəm. Dövlət katibi nazirin münaqişənin nizamlanma prosesində rolunu və səylərini məmnunluqla qeyd edib".

Dünənsə ATƏT Minsk Qrupunun həmsədrləri işğal altında olan Xankəndinə səfər ediblər. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, diplomatlar separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər. Görüşdə müzakirə olunan məsələlər barədə məlumat verilməyib.

Həmsədrlər bu gecə Xankəndindən İrəvana qayıdaraq, oktyabrın 4-də isə Bakıya gələcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 10-da Kişinyovda keçiriləcək MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində planlaşdırılan görüşünə hazırlıqdır. Bundan başqa, həmsədrlər tərəflərə "Madrid prinsipləri"nin yeniləşmiş variantını da təqdim edəcəklər.

Analitiklərə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Ankaraya təsir edən beynəlxalq dairələr bu məsələ ilə paralel olaraq Qarabağ münaqişəsinin də nəhayət həll edilməsi üçün ciddi şəkildə düşünürlər. Söz yox ki, münaqişənin həlli deyildikdə, heç də bir çox Qərb ölkələri və Rusiyanın prizmasından Qarabağın azad edilməsindən söz getmir. Bu isə sözsüz ki, nə rəsmi Bakını, nə də Ankaranı razı salmır.

Fransanın Avropa məsələləri üzrə naziri Pyer Lelluş Strasburqda jurnalistlər üçün keçirdiyi brifinqdə də Türkiyə-Ermənistan münasibətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəzi fikirlərini açıqlayıb. APA-nın Avropa Şurasında (AŞ) akkreditə olunmuş əməkdaşının məlumatına görə, P.Lelluş Fransanın xarici işlər naziri Bernar Kuşnerin rəsmi Parisin Türkiyə-Ermənistan yaxınlaşmasından məmnun olduğunu bəyan etdiyini xatırladıb: "Biz çoxdandır bu məsələnin dinc yolla həllinə çalışırıq. Şəxsən mən neçə illərdir Türkiyə hökumətindən Ermənistanla quru sərhədlərin açılması istiqamətində jest etməyi xahiş edirəm. Hamı - istər Türkiyə, istərsə də Ermənistan bu işdə qazanan tərəf olmalıdır. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, hər şey tərəflərin nə istədiklərindən asılı olacaq. Bu, bütün Avropa qitəsi, eləcə də Türkiyə, Ermənistan və ümumilikdə bölgədə sülhyaratma prosesinin inkişafı üçün çox əhəmiyyətlidir".

Türkiyə və Rusiya heyətləri ilə görüşlər keçirdiyini deyən P. Lelluş oktyabrın 7-də Türkiyə prezidenti Abdulla Gülün 2010-cu ildə Fransada Türkiyə Mədəniyyət Mövsümü çərçivəsində Parisə səfər edəcəyini xatırladıb: "Cənab Abdulla Gül Fransanın dostudur. Biz bu səfərdən Fransa ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin daha sıx olmasını gözləyirik. Türkiyə prezidentini Fransa prezidenti də qəbul edəcək".

Avropanın təhlükəsizliyinə xələl gətirən yerli münaqişələrin detalları barədə danışmaq istəməyən nazir Azərbaycan, Ermənistan və Dağlıq Qarabağa səfər etdiyini bildirib. "Mən bu münaqişələrin çətinliklərini yaxşı başa düşürəm. İnanmıram ki, bu cür münaqişələr mediatik bəyanatlar vasitəsilə idarə olunsun, əksinə, bu münaqişələr danışıqlar yolu ilə həll olunur. Biz münaqişənin dinc yolla həllinə aparacaq bütün addımları dəstəkləyirik. Üç aydır, Fransanın Avropa məsələləri üzrə naziri təyin olunmuşam. Cənubi Qafqaza səfər etməyi müəyyən vaxtlarda nəzərdə tuturam. Bölgədə tərəflər arasındakı danışıqlarda müsbət irəliləyişlər olarsa və onlar Fransanın məsələnin həll olunmasında iştirakına etiraz etməsələr, biz bu prosesdə iştirakdan məmnun olacağıq", - deyə o vurğulayıb.

Bəli, Lelluş "sülh, sülh" deyir, amma onun ölkəsi qondarma "erməni soyqırımı"nı tanımaqla Türkiyə və Azərbaycan xalqlarının heysiyyətinə toxunub, bunu yaddan çıxarmırıq. Həmişə İrəvanın sözünü dediyini, Azərbaycan ərazilərini işğal etmiş ermənilərə qahmar çıxdığını da unutmuruq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Bölmənin digər xəbərləri
 
"Kişinyovda Qarabağa dair sənəd imzalanmayacaq"
Sarkisyan yenə köhnə havaları çalır

Vətənpərvər olmaq problemi
Media və telekanalların qarşısını nə kəsir?

Dərbənddəki varlığımıza qarşı mənhus planlar
Azərbaycanlılar sıxışdırılır və ayrı-seçkiliyə məruz qoyulur

AB Qafqazla əməkdaşlığı intensivləşdirəcək
İkitərəfli münasibətlər 4 platforma üzrə davam edəcək

Cənub katerlər divizionunun analoqu şimalda
Dəniz sərhədlərimizi etibarlı şəkildə qoruya biləcəyik

Sumqayıt və Aktau qardaş oldu
Azərbaycanla Qazaxıstan arasında bir sıra yeni sənədlər imzalandı

Cənubi Qafqazda demokratiya nə üçün lazımdır?
Rifah, təhlükəsizlik və inkişaf üçün

AŞ PA prezidentinin səlahiyyət müddəti artırıldı
Amma edilmiş dəyişiklik quruma yeni prezident seçiləndən sonra qüvvəyə minəcək

Türk dövlətlərinin liderləri Naxçıvana yığışdılar
Siyasi zəmində təşkilatlanmaya doğru daha bir addım atılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər