![]() |
çap et |
|
|||
Dərbənd şəhərinin "ləzgiləşdirilməsi", azərbaycanlıların "səssiz deportasiya"ya məruz qoyulma prosesi 2002-ci ildən etibarən daha da dərinləşib. Dağıstanla bağlı olan Rusiya və Ermənistan strateji araşdırma mərkəzləri bu işdə özəl rol oynayır. Onların hazırladıqları layihələr əsasında bu işə ləzgi milliyyətinə mənsub zəngin şəxslər də səfərbər olunur.
Beş min il yaşı olan bu qədim türk şəhərində indi antitürk siyasəti yürüdülür, soydaşlarımıza qarşı aparılan repressiya və təqiblərin durdurulmasında heç kəs dəstək, arxa olmaq fikrində deyil. Son illərədək əhalisinin 90 faizini Azərbaycan türklərinin təşkil etdiyi bu şəhərdə, indi soydaşlarımızın sayı rəsmi statistikada 32 faiz civarında göstərilir. Bunun davamı kimi şəhərdəki qədim türk mədəniyyəti və tarixinin izləri də dağıdılıb yox edilməkdədir. Şəhərdə şimal küləkləri əsir 1922-ci ildə aparılan əhali sayımı zamanı qeyd olunurdu ki, Dərbənd şəhərində cəmi bircə ləzgi ailəsi yaşayır. 1950-ci illərin əvvəllərində İosif Stalin və Anastas Mikoyanın Dağıstan üzrə hazırladıqları "milli siyasət" proqramının tərkib hissəsi kimi Dərbənd, Mahaçqala, Buynaksk, Xasavyurt, Kizlər, Torpaqqala, Qorxmazqala kimi ənənəvi türk şəhərlərində qeyri-millətlərdən olan əhali məskunlaşdırıldı və regionu tarix boyu idarə edən türk hakimiyyətinə son qoyuldu. Bunun ardınca kiçik xalqlara məxsus yeni rayonlar təşkil edilməyə başladı. Beləliklə, tarixən kumuk, noqay və Azərbaycan türklərinin yaşadığı məntəqələrdə sənayenin inkişafı, dağlıq regionlarda isə daimi zəlzələ təhlükəsi kimi bəhanələr əsas götürülməklə, bu məntəqələrdə digər xalqları məskunlaşdırma siyasəti yürüdülürdü. Bu köçkünlər yüksək dağlıq bölgələrdəki əski torpaqlarını da öz nəzarətlərində saxlamaqla yanaşı, Moskvanın istəyilə türklərə məxsus bölgələrdə tədricən xüsusi sosial çəkiyə malik oldular. Kumuk türklərinə məxsus ərazilərdə laklar, darginlər, avarlar, ruslar da yerləşdi. Noqay türkləri ilə məskun olan Noqay Çölü bölgəsi isə Dağıstan, Çeçenistan, Stavropol və Həştərxan vilayətləri arasında bölündü. Dağıstanın cənubunda tarix boyu dominantlıq təşkil edən Azərbaycan türklərinin torpaqlarında isə tabasaran, aqul, ləzgi, erməni, rutul və digər xalqların məskunlaşması təmin edildi. Beləliklə, Dağıstanın çöl və yarımdağlıq bölgələrində türklərin dominantlığı tədricən aradan qaldırıldı. Dərbəndin əski türk şəhəri olması faktını isə sübut edən yer adları və tarixi abidələrin mövcudluğudur. Şəhərin Narın Qala, Carçı Qapı, Qırxlar Qapı, Qala Qapı, Bayat Qapı, Orta Qapı, Qoşa Qapı kimi giriş yerləri, Qırxlar qəbiristanlığı, Cümə məscid, Minarə məscid, Bala məscid, Banu Sarayı, Xan Sarayı, Cüm-Cüm qəbiristanlığı, eləcə də şəhərin ən qədim 9 məhəlləsində bu gün də əhalinin böyük əksəriyyətinin azərbaycanlılardan ibarət olması bütün bunların təsdiqidir. Şəhərin Rusiya tərəfindən işğalına qədər Dərbənd xanlarının xüsusi məzarlığının yeri, sonuncu Dərbənd və Quba xanı Fətəli xanın arvadı Tuti Bikənin türbəsinin də burada yerləşməsi bütün həqiqətləri çılpaqlığı ilə təsdiq edir. Bu günsə Moskva, özü Quzey Qafqaz bataqlığında problemlər içərisində olsa da, Azərbaycanı unutmur, Ona qarşı yeni regional-separat planların tədricən tətbiqi üçün işlər görür. Bu sırada Rusiyanın Qafqaz siyasətini uzun illərdən bəri müəyyənləşdirən erməni mənşəli mütəxəssislər daha fəaldırlar. Ləzgistan və Avarıstan separatizmi Dağlıq Qarabağ sindromunu gündəmə gətirən Rusiya və Ermənistan birlikdə Azərbaycana qarşı yeni bölücü layihələr formalaşdırmaq və inkişaf etdirmək istiqamətində fasiləsiz iş aparırlar. Bu gün müəyyən qədər passiv görünən separatçı "Talışıstan", "Avarıstan" və "Ləzgistan" layihələri istənilən zaman aktivləşdirilə bilər. Bizdə olan bilgilərə görə, bu işdə Ermənistan, Rusiya, Avropa və ABŞ-da ermənilərə məxsus strateji tədqiqat mərkəzləri bir-birləri ilə əlaqə saxlayırlar. Erməni mərkəzləri bu gün hələlik "Ləzgistan" ssenarisi üzərində baş sındırırlar. Dağıstanın cənub bölgələrini - Dərbənd, Xiv, Məhərrəmkənd, Qasımkənd, Süleyman Stalski, Tabasaran, Doqquzpara və Kurax rayonlarını əhatə edən "Ləzgistan" ssenarisinin tətbiqi istiqamətində artıq bir sıra işləri rəsmiləşdirə biliblər. Azərbaycanın Quba, Xaçmaz, Qusar, Yalama, Dəvəçi və Siyəzən rayonları da bu layihənin tərkib hissəsi hesab olunur. Qondarma "Ləzgistan"ın paytaxtı kimi Dəmirqapı Dərbəndin adını dəyişdirərək ona hətta ləzgi dilində yeni bir ad da tapıblar: "Kyvevar" ("Dar qapı" anlamında). Rusiya EA Etnoqrafiya İnstitutu Qafqaz şöbəsinin müdiri vəzifəsində 30 ildən bəri çalışan Sergey Arutyunovun rəhbərliyilə "Ləzgidilli xalqlar" layihəsi son illər süni şəkildə qabardılmaqla, yeni bir siyasətə çevrilib. Aqul (35 min), arçin (2 min), budux (5 min), qrız (10 min), rutul (35 min), tabasaran (70 min), xınalıq (5 min) xalqları həyasızlıqla "ləzgi" elan olunur. Halbuki bu xalqların dilləri nə qrammatik, nə də leksik baxımdan qohumdur. Birdən-birə 9 xalqı süni şəkildə "birləşdirmək" ideyasının arxasında həm də bu xalqlara məxsus olan coğrafi ərazini də "bütünləşdirmək" ideyası durur. Hazırda Dağıstanda açıq şəkildə olmasa da, örtülü şəkildə "Ləzgistan"ın coğrafi xəritəsi də "düzəldilib". Belə ki, Axtı, Doqquzpara, Kurax, Məhərrəmkənd, Süleyman Stalski, Xiv rayonlarında bu proses "öz axarına düşüb". Bu rayonlar coğrafi və strateji əhəmiyyət daşımadığı üçün Dərbənd şəhərinə xüsusi önəm verilir. Buna görə də Dərbənddə son illər bütün strateji vəzifələrin "ləzgiləşdirilməsi" prosesi gedir. azərbaycanlıların sayı statistik göstəricilərdə süni şəkildə az göstərilir, şəhərdəki ləzgi sakinlərin sayı isə az qala astronomik həddə çatdırılır. Gerçəklikdə isə Dərbənddə ləzgi qardaşlarımızın sayı orta hesabla 15 faizdən yuxarı deyil... Separatizm yolunun başlanğıcı Dağıstandakı ləzgi ictimai və siyasi təşkilatları Dərbənd məsələsində Ermənistanın özündəki, eləcə də Rusiyadakı erməni və ermənilərin nəzarətindəki qurumlar ilə ortaq şəkildə fəaliyyət göstərir. Dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən erməni strateji tədqiqat mərkəzləri də separatçı "Ləzgistan" təbliğatına qoşulmuşlar. Bir sıra İnternet səhifələri də yaratmışlar. Mitk.org, vardanank.org, baren.net, armyanstvo.com və s. erməni saytları buna örnəkdir. Bununla yanaşı, sırf ləzgilərə məxsus təbliğat vasitəsi olaraq, erməni layihələri əsasında lekia.ru, tabaristan.ru, babulabvab.ru, sharvili.com, ulub.net, khabal.info, lezgilink.ucoz.ru, lezgiland.net, ahtu.ru, guseinov.ru, kurah.ru, samur.ucoz.ua, samurrress.com, lezgi.org, moslezgi.ru, suleyman-kerimov.ru, lezginskiy.narod.ru, lezgiya.tk, lezgi.rerublika.rl, kasumkent.ru,lezgin.h1.ru, rro.kazan.ws, golosnaroda.info, shax-dag.ru, zilezgi.narod.ru, alran.clan.su, boxmail.biz, maniyar.narod.ru, lezgimr3.narod.ru və s. mərkəzlər də yaradılıb. 2008-ci il mayın 14-15-də Moskvada "Qədim tarix, tarixi irs, qədim mədəniyyət, ləzgi xalqı və müasirlik" mövzusunda bir toplantıda Rusiya XİN, Rusiya Dövlət Duması və Rusiya Milli Elmlər Akademiyası bir araya gələrək "Ləzgistan" məsələsini bütün çalarları ilə ortaya qoyublar. 1960-cı illərdə əsası qoyulan və sonralar Azərbaycanın şimal və Dağıstanın cənub rayonlarını birləşdirə biləcək ictimai birliklərin hərəkətə gətirilməsi istiqamətində "Riklin qaf", "Mixyi pikler", "LAR", "Sadval", "Alipan" və digər təşkilatların fəaliyyətlərini gücləndirmək qərara alınıbdır. Dərbənddə mer seçkisi - strateji hədəf Dörd il öncə Moskvadan və Mahaçqaladan idarə olunan siyasətin nəticəsi olaraq, Dərbənd şəhərinin meri vəzifəsinə ilk dəfə milliyyətcə ləzgi olan Feliks Qazıəhmədov seçdirildi. Ötən müddət ərzində şəhərdə Fövqəladə Hallar Komitəsinin sədri, Vergilər İdarəsinin rəisi, İctimai Nəzarət üzrə Milis İdarəsinin rəisi, Mülki Məhkəmə İdarəsinin direktoru, Mərkəzi Bazarın direktoru, Dağıstan Dövlət Pedaqoji Universiteti Dərbənd filialının rektoru, Əmanət Bankının müdiri, Özəlləşdirmə İdarəsinin müdiri, hərbi komissar və digər onlarca irili-xırdalı rəhbər vəzifələrdə çalışan azərbaycanlı kadrlar tutduqları vəzifələrdən uzaqlaşdırıldı. Bu mühüm vəzifələrə milliyyətcə ləzgi olan və Azərbaycan dövlətçiliyinə qarşı daim təhlükə mənbəyi kimi fəaliyyət göstərən separatçı "Sadval", "Şarvili" və digər ləzgi təşkilatlarının üzvləri təyin olundular. Halbuki Dağıstanda yaşayan 200 minlik azərbaycanlının yaşadığı bircə şəhər tipli yaşayış məskəni vardır. Digər xalqlara məxsus bir neçə şəhər və rayon milli region kimi qəbul edilib. Bu gün azərbaycanlılara qarşı siyasi və ictimai mənada diskriminasiya siyasəti özünün digər forma və məzmunları ilə yeni təhlükə mənbəyinə çevrilibdir. Belə bir siyasətin nəticəsi olaraq bu gün yüzlərlə mütəxəssis, minlərcə sadə vətəndaş işsizlik kimi çox ağır problemlə qarşılaşıb. Çünki hər azərbaycanlı rəhbər vəzifədən çıxarılan kimi bu vəzifəyə təyin olunan ləzgi milliyyətindən olan rəhbər dərhal bütün soydaşlarımızı işdən çıxarır və onların yerinə öz millətinə mənsub olanları təyin edir... Bundan əlavə, Dağıstan parlamentinə qanunla azərbaycanlılardan 5 millət vəkilinin seçilməsinə ciddi şəkildə əngəl törədildi. ...2009-cu il oktyabrın 11-də Dərbənddə mer seçkisi keçiriləcək. Bu dəfə də real namizədlər ləzgi millətini təmsil edənlərdən ibarətdir. Belə ki, Dağıstanın uzun müddət baş prokuroru vəzifəsində çalışmış, "Sadval" təşkilatının baş himayədarlarından biri olan İmam Yarəliyev və Feliks Qazıəhmədov çox geniş şəkildə təbliğat aparırlar. Feliks Qazıəhmədovun seçki qərargahında şəhərin erməni icması daha fəal görünür. İmam Yarəliyev və Feliks Qazıəhmədova səs verməyə hazırlaşmayan azərbaycanlılar ilk dəfə olaraq vahid namizəd irəli sürüblər. Bu şəxs ixtisasca hüquqşünas olan Hikmət İsmayılovdur. Bundan qəzəblənən İmam Yarəliyev və Feliks Qazıəhmədov azərbaycanlıların yaşadıqları məhəllələrə "Ey Qəjərlər (guya bizim millət 200 il bundan öncə İrandan Ağa Məhəmməd şah Qacar hakimiyyəti zamanı bu yerlərə sürgün olunub və buralar türklərin torpağı deyil), dərhal Dağıstanı və Dərbəndi tərk etməlisiniz. Dərbənddən rədd olun! Bura Ləzgistanın paytaxtıdır!" - kimi hədələyici vərəqlər yaydırıblar. İki qardaş xalq arasına bax beləcə ziddiyyət salınır. ...Bu dəfə də seçki qutusundan zor gücünə antiazərbaycanlı kadr çıxarılacağı təqdirdə ötənlərdə aparılan siyasət daha kəskin xarakter alacağı şübhə doğurmur. Bir sözlə, İrəvanda ötən yüzilin 20-ci illərində yaşanılan acı təcrübə bu dəfə Dərbənddə tətbiq olunmaqdadır. |