Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Azərbaycana silah daşıyan iranlılar məhkəmə qarşısında
Azərbaycana silah daşıyan iranlılar məhkəmə qarşısında
Bakıda uyuşdurucu satan iranlıya isə 12 il iş kəsildi
Şənbə, 03.10.2009

Hacı mətn ölçüsü  

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə uyuşdurucu gətirməkdə ittiham olunan İran vətəndaşı, 1955-ci il doğumlu Sanael Mahmud Hamid oğlunun məhkəməsi başa çatıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda Sanael Mahmuda 12 il iş kəsildi.

Təqsirləndirilən şəxs CM 206.2-ci (qaçaqmalçılıq), 234.4.3-cü (külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli bilinib. İttihama əsasən Sanael Mahmud Hamid oğlu Əzizbəyov rayon Polis Şöbəsi narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun idarə etdiyi avtobusu saxlayan əməliyyatçılar maşına baxış keçiriblər və avtobusdan 14 kiloqram 110 qram narkotik vasitə olan həşiş aşkar edərək götürüblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah və narkotik vasitələr gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb. İran vətəndaşları - Səməndəri Həmid Məhər oğlu, Rzayi Mirzabil Mirzəyar oğlu, Xurşudov Mirzabil Mirzəyar oğlu, Mirhəzərov Mirhani Mircəfər oğlu CM 228.201-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar.

İttihama görə, təqsirləndirilən şəxslər bu il yanvarın 25-də Biləsuvar rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulublar. Onlardan 10 kq həşiş, 2 kq 901 qram heroin, TT markalı tapança götürülüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dünyada silah satışı artıb

Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək

Ermənistan dünyanı aldadır

Bölmənin digər xəbərləri
 
Əsrarəngiz vəzifə təyinatı sövdələri
Yüzminlərcə dollar rüşvət yığan dələduz ata və oğula 22 il həbs

Polis zabitini qətlə yetirənin məhkəməsi başladı
Bu qalmaqallı cinayət işinin səbəbləri məhkəmədə araşdırılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər